Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Navalnının onun haqqında hazırladığı “Putinin sarayı” filminə münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin müxalif bloger Aleksay Navalnının onun haqqında araşdırması olan “Putinin sarayı” (“Dvorets Putina”) filminə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin “Tatyanin den” münasibəti ilə ali məktəb tələbələri ilə videokonfrans formatında görüşündə məlum videonun montaj olduğunu söyləyib: “Orada hansısa hovuzu göstərirlər. Göstərirlər ki, mən həmin hovuzda üzürəm. Amma mən heç vaxt o hovuzda olmamışam. “Butterflay” formasında isə 2016-cı ildə Yenisey çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”.

Rusiya Prezidenti həmin filmdə adı çəkilən şəxslərdən kimlərisə tanıdığını, kimlərisə qətiyyən tanımadığını söyləyib: “Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin elələri də var ki, ümumiyyətlə, tanımıram. Mən heç vaxt biznesdən məşğul olmamışam. Mənim həmkarlarım arasında isə bizneslə məşğul olanlar var, misal üçün Donald Tramp biznesmendir”.

V. Putin filmdə əksini tapmış sarayın ona məxsus olmadığını da bildirib: ““Araşdırmalar”dan birində mənim olduğu iddia edilən saray nə mənim, nə də mənim hansısa yaxın qohumumundur. Mənim Gələncikdə “saray”ımın olduğu barədə şayiələrlə rusiyalıların “beyinlərini yumağa” cəhd edirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar