Bazar ertəsi, 08 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

“Aleksey Navalnı Rusiyaya ayaq basan kimi həbs ediləcəyini bilirdi. O, bunun nə demək olduğunu yaxşı anlayırdı, xəyallara qapılmamışdı”.

ABŞ-ın “Nyu-York Tams” qəzetinin redaksiya heyəti adından çap etdiyi məqalədə belə deyilir.

Yazıda xatırladılır ki, Navalnı ötən ilin avqust ayından Almaniyada müalicə olunurdu: “Çünki prezident Vladimir Putinin siyasi başkəsənləri onu zəhərləmişdilər və yalnız ona görə öldürə bilmədilər ki, pilot vaxtında təyyarənin istiqamətini dəyişib Omska endi, orada həkimlər Almaniyaya təxliyyə olunana qədər Navalnının həyatda qalmasına çalışdılar.

Taleyin ironiyasına bax: Navalnı bazar günü Rusiyaya dönəndə də onun olduğu təyyarənin istiqaməti dəyişdirildi. Amma bu dəfə bunu Navalanının təyyarəsinin enməli olduğu Moskva aeroportunda onu gözləyən kütlədən qorxmuş Rusiya hakimiyyətinin özü etdi.

Navalnı bilirdi ki, onu tutacaqlar, çünki bunadək onu bir neçə dəfə həbs etmişdilər. Repressiya – Putinin bildiyi yeganə üsuldur. Ancaq Putin sosial şəbəkələr erasında saxta ittihamlarla həyata keçirilən həbslərin əslində adamları Navalnının ətrafında daha sıx cəmləşdirdiyini, Navalnının Rusiyanı idarə edənlərin ünvanına səsləndirdiyi korrupsiya ittihamlarını gücləndirdiyini də yaxşı başa düşür”.

Yazıda bildirilir ki, bu ilin sentyabrında Rusiyada parlament seçkisi keçiriləcək, ona görə Putinin Navalnını azadlığa buraxıb seçki məntəqələrində müxalif liderlə ədalətli, açıq bir mübarizəyə şərait yaradacağı inandırıcı görünmür.

“O biri yandan Putin Navalnını azad etsə, öz çevrəsinin gözündə zəif siyasətçiyə çevriləcək və daima Navalnın başçılıq etdiyi müxalifətin həmlələrinə məruz qalacaq” – “Nyu-York Tayms”ın redaksiya məqaləsində Navalnının azadlığa buraxılacağına həm də bu səbəbdən inamsızlıq ifadə olunur.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.

Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.

Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı həmin gün paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

Yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.

Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.

Yanvarın 19-da internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.

Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, yanvarın 23-də etiraz aksiyaları keçirməyə səsləyiblər.

Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.

Yanvarın 23-dən Rusiyanın paytaxt Moskva da daxil olmaqla bir çox şəhərində Navalnının azadlığa buraxılması tələbi ilə aksiyalar start götürüb.

Aleksey Navalnı Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev ağır xəstəlikdən əziyyət çəkir... - Video

Əli Nağıyevi “keçi qiyməti”nə satan, "vəzirovçu" Həsənovun son ümidləri də puç oldu

“Azərsu” rəhbərinin biznes şəbəkəsi də üzə çıxdı – Video

Vilayət Eyvazov dünya çempionuna vəzifə verdi  

Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar

Tural Abbaslı“Lider” TV prezidentinin köməkçisi ilə əlbəyaxa oldu

“Oba” market malların istehsal tarixlərini dəyişirmiş - Rəsmi açıqlama

Həbs edilən məşhur pəhləvan qardaşlara cəza verildi, birini infarkt vurdu - Əxlaqsızlıq yuvası işlədirdilər + Fotolar 

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - Yenilənib

Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi də başlandı?..

Ən çox oxunanalar