Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Moskva Paşinyanın saqqalını qırxdırıb - Mikrob keçməsin deyə

Erməni mediasında və sosial şəbəkələrdə 11 yanvar Moskva görüşü zamanı Paşinyanın saqqalının niyə bu qədər qısa olması barədə müxtəlif ciddi və qeyri-ciddi fikirlər səslənməyə başlanıb.

PİA.az xəbər verir ki, “Dejavyu” telegram-kanalı məsələyə aşağıdakı kimi aydınlıq gətirib.

“Paşinyanın tibbi müayinələrinin təfərrüatları.

Öncədən xəbər verdiyimiz kimi, yanvarın 11-də Moskvaya səfərindən bir həftə əvvəl Putin administrasiyasının göndərdiyi bir qrup tibb mütəxəssisi baş nazir Paşinyanın səhhətini yoxlamaq üçün Ermənistana gəlib. Qəbul edən tərəfə inam yaratmaq üçün müayinələr Rusiyadan gətirilmiş avadanlıqdan istifadə edilərək aparılıb. Yoxlama məlumatlarının gecikməsi də səfərlə bağlı dəqiq məlumat verilməməsinin və son araşdırma nəticələri əldə olunana qədər səfərin təsdiqlənməməsinin səbəbi olub.

Rus mütəxəssislər qənaətbəxş nəticələr əldə etsələr də, Nikol Paşinyan üçün başqa bir şərt də qoyublar. Müayinənin nəticələri barədəki arayışda aydın mətnlə müxtəlif mikrobların və infeksiyaların yayılmasına səbəb ola biləcəyi üçün Ermənistan baş nazirinin saqqalını da qırxmasının lazım olduğu deyilib. Paşinyan isə onun talismanı olduğu üçün görüşlərdən əvvəl lazımi şəkildə dezinfeksiya olunacağına söz verərək, mümkünsə, saqqalın qısa olsa da, saxlanılmasını xahiş edib. Çox deyişmələrdən sonra rus tibb mütəxəssisləri Moskvadakı həmkarları ilə məsləhətləşərək mümkün qədər təhlükəsiz ola biləcək ən qısa saqqal seçiminə icazə veriblər. Bu səbəbdən Paşinyan artıq brend halına gəlmiş saqqalını bu qədər qısa kəsib”- deyə telegram-kanal yazır. (Moderator)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar