Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Kremldə Bəşər Əsədlə görüşüb

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Kremlin saytında məlumat verilib.

Rusiyanın dövlət başçısı və B. Əsəd Suriyadakı siyasi vəziyyəti, beynəlxalq terrorizmə qarşı mübarizəni, eyni zamanda, ikitərəfli əməkdaşlığı, o cümlədən humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.

V. Putin suriyalı həmkarını Moskvada salamlamaqdan məmnunluğunu ifadə edib, onu ad günü və mayın 26-da baş tutmuş prezident seçkilərində qazandığı qələbəyə görə təbrik edib.

Onun sözlərinə görə, Suriyada ötən dövrdə baş vermiş çətinliklərə və faciələrə baxmayaraq, prezident seçkilərinin nəticələri göstərir ki, insanlar B. Əsədə inanır.

Rusiya lideri xatırladıb ki, hər iki ölkənin birgə səyləri nəticəsində Suriyanın əsas hissəsini terrorçulardan azad etməyə nail olunub, qaçqınlar aktiv şəkildə azad edilmiş rayonlara qayıdır, insanlar öz evlərini bərpa edirlər.

V. Putin bildirib ki, B. Əsəd özünün siyasi opponentləri ilə dialoq yaratmaq üçün çox iş görür. Rusiya Prezidenti bu prosesinin davamlı olacağına ümid etdiyini qeyd edib.

Bununla belə V. Putin B. Əsədin icazəsi və BMT-nin qərarı olmadan xarici silahlı birləşmələrin Suriyanın ayrı-ayrı ərazilərində mövcudluğunu problem kimi qiymətləndirib. O əlavə edib ki, bu amil Suriya hakimiyyətinə ölkəni birləşdirmək üçün maksimal səy göstərməyə imkan vermir.

B. Əsəd isə öz növbəsində Soçi və Nur-Sultanda keçirilmiş siyasi danışıqların Suriyada vəziyyətin normallaşmasına kömək etdiyini vurğulayıb.

O qeyd edib ki, Rusiyanın Suriyada terrorçuların üzərində qələbəyə böyük töhfə verib. Suriya dövlət başçısı göstərilən köməyə görə V. Putinə təşəkkür edib, Rusiya Xarici İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

RusiyaSuriya liderləri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə də diqqət ayırıblar.

Qeyd edək ki, V. Putin və B. Əsəd arasında sonuncu görüş 2020-ci ilin noyabrında videokonfrans rejimində baş tutub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar