Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - Səbəb

Rusiya Prezidenti Vladimir Putin üçün iqamətgah tikən Sankt-Peterburqdan olan iş adamı həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Milyarder, "Forum" holdinqinin rəhbəri Dmitri Mixalçenko 2014-15-ci illərdə Vladimir Putinin iqamətgahı ilə bağlı iri dövlət sifarişi alıb. Onun şirkəti Oqareva-53 obyektində qəbul evi, idman zalı olan mehmanxana, komendatura, qaraj, park avadanlıqlarının saxlanması üçün anqar, nəzarət-buraxılış məntəqəsi və s. tikməli idi.

İttiham tərəfi məhkəmədə bildirib ki, Mixalçenko “şişirilmiş əmsallardan” istifadə edərək, bu tikinti zamanı materialların və əməyin qiymətini həddindən artıq qiymətləndirib.

Biznesmen Putinin iqamətgahında oğurladığı pulları Sankt-Peterburq yaxınlığındakı Bronka dəniz daşıma kompleksinin tikintisinə xərcləyib. Bu məqsədlə Dmitri Mixalçenko hətta Rusiyanın şimal paytaxtının ən yaxşı top-menecerlərindən biri kimi tanınıb.

Lakin bu, onu cinayət işindən xilas etməyib. Mixalçenko xüsusilə böyük məbləğdə - demək olar ki, 1,2 milyard rubl mənimsəməkdə ittiham olunur.

Məhkəmə prokurorun vəsatətini təmin edib və milyarderə 20 il həbs cəzası verib. Bundan əlavə, Dmitri Mixalçenko hələ də 1 milyon rubl cərimə ödəməlidir.

İş adamı cəzasını ciddi rejimli koloniyada çəkəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar