Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin I Pyotr rolunda...

Üstündən bir-iki həftə keçsə də bir daha yada salaq ki, bu ay Rusiya prezidenti qələmə sarılıb ruslarla ukraynalıların birliyi haqqında böyük bir məqalə yazdı. Bəli, deyə bilərsiniz ki, nə olsun, məgər biz demirikmi türklərlə azərbaycanlılar bir millətdir? Haqlısınız, deyirik, amma bu cümlənin sonuna daha iki söz də əlavə edirik və nəticədə belə bir şey alınır: Azərbaycan-Türkiyə - bir millət, iki dövlət!..

Hətta bunlar da hamısı deyildir. Türklərlə azərbaycanlıların yaxınlığı haqqında hər hansı sorğu keçirilib-keçirilmədiyini bilmirik, amma Vladimir Putinin məqaləsindən sonra Ukraynada bir neçə sorğu keçirildi və belə məlum oldu ki, əhalinin 55 faizindən çoxu Putinin fikrini dəstəkləmir və Rusiyanı Ukraynanın potensial müttəfiqi kimi yalnız səkkizinci yerdə görür.

Əlbəttə ki, bütün bunlar Putini və Kremli qəti həvəsdən salmır. Ən azı ona görə ki, təxminən 41 faiz ukraynalı respondent Putinin fikrinə dəstək verir və hətta belə olmasaydı da V.Putin yenə də fikrində israr edəcəkdi.

V.Putinin məqaləsini nəzərdən keçirəndə qeyri-ixtiyari olaraq Birinci Pyotr yadımıza düşdü. Digər çarları bilmirik, məhz Pyotr Rusiya imperiyasının hədəfləri və genişlənmə istiqamətləri haqda vəsiyyətlər –yazılar qoyub getmişdi.

İndi Vladimir Putin də özünü bu rolda sınayır. Alınacaqmı? Bilmirik və bircə onu bilirik ki, coğrafiya qədər heç nə rusları ilhamlandırmır. Bu aspektdən yanaşanda Vladimir Putin özü bir fanatdır.

Bir dəfə Putin bir uşaqdan soruşdu ki, Rusiyanın sərhədləri harada qurtarır? Və özü də cavab verdi ki, Rusiyanın sərhədləri heç yerdə bitib- qurtarmır...
İndi çox qəribə vəziyyət yaranıb. Sovet ərazisindəki münaqişələrdən yalnız Qarabağ münaqişəsində bir xeyli dəyişiklik var. Münaqişələri bu aspektdə ona görə xatırlayırıq ki, onlar Rusiyanın geosiyasi silahlarıdır.

Onların pozitiv mənada həll olunması o demək olacaq ki, Rusiya özünün geosiyasi ambisiyalarından əl çəkir, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan tamam azad olur...
Amma hələki bunun əlamətləri görünmür. İkinci Qarabağ savaşı zamanı Rusiya neytrallıq nümayiş etdirdi. Nəticədə otuz ildə həll oluna bilməyən məsələ bir ayın içində həll olundu. Amma ruslar təkrar suyu bulandırmağa başlayıblar.

Birincisi, Moskva hansısa səbəbdən Minsk Qrupunu diplomatik dövriyyəyə buraxmaq istəyir. Bu günlərdə hətta öz həmsədrini yenilədi.

İkincisi, Rusiyanın sülhməramlılarının nəzarət etdikləri ərazilərdən yenə də Azərbaycan əraziləri atəşə tutulmaqdadır....

Bilirsiniz, biz daim ümdiliyik ki, Rusiya nə vaxtsa çökəcək. Amma bu olmaya, baş verməyə də bilər.

Ölkə özünün zəif cəhətlərindən birini həll edib – daha planlı dövlət iqtisadiyyatı yoxdur. Amma ümidverici cəhət budur ki, dünya miqyasına çıxacaq rəqabət qabiliyyətli iqtisadiyyat da yoxdur, büdcə əsasən neftdən və qazdan gələn gəlirlər hesabına formalaşır...

Üstəlik, ABŞ-ın təzyiqi də daim qalır. Prezidentlər arasında bir görüş oldu. Nə dəyişdi, nə dəyişmədi, hələ bilinmir. Düşünürük ki, danışıqlar rəvan keçsəydi Putin qələmə sarılmazdı. Amma bizə məlum olan qədər bu danışıqlarda Ukrayna əsas, prioritet məsələ deyildi.

Avqustun sonunda prezident V.Zelenski prezident Co Baydenlə Vaşinqtonda görüşəcək. Bundan sonra prosesin ümumi inkişaf istiqaməti haqda fikir yürütmək mümkün olacaq.
Hələliksə Bayden qoşunları Əfqanıstandan və İraqdan çıxarmaqdadır. Bu nəyə işarədir? Yoxsa ABŞ gücünü təkrar qruplaşdırır? Doğrusu, bu suala tam adekvat cavab tapa bilmirik.

Rusiya hazırda heç bir parametrinə görə fövqəl güc deyil. Bu ölkənin iqtisadiyyatı hətta İtaliya iqtisadiyyatı səviyyəsində deyil. Amma çox təəssüf nüvə başlıqları var və bu sahədə Moskva ön sıradan birindədir.

Birinci Pyotr bir çar kimi işğalçı, təcavüzkar idi. Amma hətta o da başa düşürdü ki, Qərbə-Avropaya pəncərə açmasa özünün müasir imperiyasını qura bilməyəcək. Görək, bu barədə Putin düşünürmü? Pyotrun üzüyünün üzərində bu sözlər yazılıbmış: “Mən şagirdəm, özümə müəllim axtarıram”. V.Putinin üzüyünün üzərində isə çox güman bunlar yazılıbdır: “Mən müəlliməm, özümə şagird axtarıram”...

Hüseynbala Səlimov (musavat.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar