Bazar ertəsi, 08 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Putin bu bahalı saraydan imtina edib…Rusiyada “Maydan” hazırlanır” –Rusiyalı politoloq

“Aleksey Navalnının hazırladığı videoda iddia etdiyi saray Putinin deyil. Bu saray Putinin yaxşı tanıdığı bir qrup varlı adama məxsusdur. Bu varlılar 2005-ci ildə Putin istefaya gedəndən sonra yaşaması üçün bu binanı tikiblər. Amma Putin bu hədiyyəni qəbul etməkdən imtina edib”.

Bu sözləri Rusiyanın tanınmış politoloqu Sergey Markov “Exo Moskvı” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Putin həm də ona görə imtina edib ki, binanı tikən tikinti şirkətləri arasında heç də hamısı tanıdığı adamlar olmayıb. Bu sırada anlaşılmaz şəxslər olub və onlar Putinin dostlarının şirkətinə pul qoymaqla bu dəstəyə daxil olmaq istəyiblər: 

“Putin həm də başa düşüb ki, bu özəl sarayı qəbul etsə, qərb tərəfdaşları onu istefasından sonra rahat buraxmayacaqlar”.

 

Markovun sözlərinə görə, hələ 10 il əvvəl - 2011-ci ildə bu saray barədə müxalifət dairələri yazıblar və etiraf ediblər ki, sarayın Putinə məxsusluğu barədə heç bir fakt yoxdur: “Putin bu saraydan imtina edib. Odur ki, indi bu saray sahibsizdir. Bəs nə üçün Navalnı, daha doğrusu NATO-nun xüsusi xidmətləri sarayla bağlı artıq bu iylənmiş əhvalatı indi ortaya çıxarıblar? Rusiyaya qarşı mübarizənin yeni mərhələsi başlanıb. Yeni “Rus Maydanı” hazırlığı gedir. Bu, Putinə qarşı fərdi hucumdur və 2020-ci ildən başlanıb. Guya Navalnının Putinin şəxsi əmri ilə zəhərləndiyi yalanı ilə… indi də davam edir. Bu hücumu təşkil edənlər Ukraynada Yanukoviçi uğurla devirə bilmiş strukturlardır. Onlar bilirlər ki, Yanukoviçin qızıl unitazı barədə əfsanə onlara necə kömək edib. İndi bunu “Putinin sarayı” ilə əvəz ediblər”.

Qeyd edək ki, müxalifətçi Aleksey Navalnı Qara dəniz sahilində Putinə məxsus olduğunu iddia etdiyi nəhəng saray kompleksi ilə bağlı araşdırma aparıb. Bu videoaraşdırma böyük rezonans doğurub. Yanvarın 23-də Navalnının çağırışı ilə Rusiyanın 90 şəhərində eitraz aksiyaları keçirilir.Bir çox şəhərlərdə aksiya kütləvi alınıb, rusiyalalılar "Putin oğrudur!" şüarları ilə küçələrə çıxıblar. (azpost.info)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev ağır xəstəlikdən əziyyət çəkir... - Video

Əli Nağıyevi “keçi qiyməti”nə satan, "vəzirovçu" Həsənovun son ümidləri də puç oldu

“Azərsu” rəhbərinin biznes şəbəkəsi də üzə çıxdı – Video

Vilayət Eyvazov dünya çempionuna vəzifə verdi  

Tural Abbaslı“Lider” TV prezidentinin köməkçisi ilə əlbəyaxa oldu

Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar

“Oba” market malların istehsal tarixlərini dəyişirmiş - Rəsmi açıqlama

Həbs edilən məşhur pəhləvan qardaşlara cəza verildi, birini infarkt vurdu - Əxlaqsızlıq yuvası işlədirdilər + Fotolar 

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - Yenilənib

Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi də başlandı?..

Ən çox oxunanalar