Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Belarusu borca oturtdu – Lukaşenko ölkəni qəpik-quruşa satdı

Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcək”.

Rusiya prezidenti Vladimir Putin belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşündə belə deyib.

Bu gün baş tutan görüşdə Putin Belarusu Rusiyanın ən yaxın müttəfiqi elan edib və Belarus iqtisadiyyatına pul yatıran ən böyük investor olaraq qalacaqlarını vurğulayıb. Vəd etdiyi kredit isə cəmi 1.5 milyard dollar olub. Rusiyaya sığındığı üçün Qərb tərəfindən ağır sanksiyalara məruz qalacağı şübhə doğurmayan Belarus üçün 1.5 milyard dolların yaralı barmağa məlhəm olub-olmayacağı deyə bilmərik. Amma onu bilirik ki, Moskva ilə “himcimləşən” Minskin başqa yerlərdən yardım almaq ehtimalı çox aşağıdır. Moskvanın isə 1.5 milyarddan çoxa gücü çatmır. Belə çıxır ki, Lukaşenko o boyda Belarusu Rusiyaya qəpik quruşa satdı. Halbuki prezident seçkilərindən qabaq Belarusun Rusiya üçün təkcə hərbi dəyərinin 20 milyard olduğunu rus hərbi ekspertləri açıq şəkildə etiraf edirdilər.

Əslində bugünkü görüşdə Putin də dolayı yolla əlinin aşağı olduğunu və Belarusa ödəmək üçün bundan artığına gücünün yetməyəcəyini həmkarının diqqətinə çatdıraraq deyib:

"Biz razılığa gəldik ki, Rusiya bu çətin məqamda Belarusa 1,5 milyard dollar dövlət krediti verəcək və biz bunu yerinə yetirəcəyik. İndi, bildiyimə görə, maliyyə nazirlərimiz bu barədə peşəkar səviyyədə iş aparırlar".

Rusiya lideri kreditin Belarusun “maliyyə bazarlarına təsir edəcəyinə əminliyini” ifadə edərək, Lukaşenkonun boynuna yekə bir minnət də qoyub. O, Rusiya ilə Belarus arasında iqtisadi kooperasiyanı möhkəmləndirməyə, iki ölkə arasında ticarət dövriyyəsini bərpa etməyə çağırıb: “Pandemiya dövründə azalma, təxminən, 20% - ə çatırdı. İki ölkənin ən iri layihələrindən biri uğurla başa çatmaq üzrədir – tezliklə Rusiya mütəxəssislərinin dəstəyi ilə inşa olunan 10 milyard dollar dəyərində Belarus AES-i işə düşəcək. Həmin məbləğin 90%-i Rusiya tərəfindən Belarusa kredit şəklində verilir, layihənin daha 10%-ni Minsk maliyyələşdirir”.

Başqa sözlə, Rusiya əslində Belarusa verdiyi 1.5 milyardın 2/3-ni bəri başdan alacaq. Binəva Belarusa Qərbdən imtina etdiyi üçün verilən kreditin həcmi cəmi 500 milyon olacaq. Bunun əvəzində isə Minsk Rusiyaya tikdiyi Atom Elektrik Stansiyası üçün tədricən əlavə 9 milyard dollar ödəyəcək.

Bəs, Belarusun bu məbləği ödəcəyək gücü nə qədərdir?

Zənnimizcə, bu sualın ən yaxşı cavabı beynəlxalq reytinq qurumlarının Belarusla bağlı açıqladığı hesabatları ola bilər.

"Standard & Poor 's" reytinq agentliyi sentyabrın 11-də Belarusun investisiya reytinqini "B" səviyyəsində təsdiqləsə də, proqnozunu "sabit"dən “mənfi"yə endirdi. S&P-nin qiymətləndirməsinə görə, əgər iğtişaşlar və əmanətlərin axını davam edərsə, milli valyutanın məzənnəsinin sürətlə düşməsi mümkündür ki, bu da Belarus Milli Bankının valyuta ehtiyatlarını tez bir zamanda tükəndirə bilər.

“Avqustun əvvəlindən sentyabrın 11-nə qədər Belarusun valyuta ehtiyatları 16%, yaxud 1,4 milyard dollar azalıb. Azalmamışdan əvvəl isə valyuta ehtiyatı 7,5 milyard dollar idi”, – deyə “Standard & Poor's” həyəcan təbili çalıb.

Ölkənin Milli Bankının statistikasına görə, belaruslar avqust ayında banklardan təxminən 1 milyard dollar çəkiblər: 624 milyon dollar xarici valyutada və 1 milyard Belarus rublu (ekvivalentdə təxminən 389 milyon dollar). Avqust iğtişaşları zamanı əhalinin qorxusu üzündən ölkədən çıxan valyuta həcmi iyul ayı ilə müqayisədə təxminən 20 dəfə çoxdur. Müxətəssislərin fikrincə, bu da Ukrayna ssenarisi üzrə dövlət çevrilişi olacağı əndişəsindən qaynaqlanıb.

2020-ci ilin əvvəllərinə qədər Belarusun Milli Bankının anbarlarında 42 tondan çox qızıl var idi və ölkənin qızıl ehtiyatları 2019-cu ildə təxminən 9,4 milyard dollaradək artmışdı. Statistik məlumatlara görə, sentyabrın 1-dək qızıl ehtiyatların həcmi 8,9 milyard dollardan 7,5 milyard dollara düşüb. Belarusun Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, ölkənin xarici dövlət borcu 18 milyard dollardır və ya ÜDM-in 28,7% - ni təşkil edir. Kreditlərin təxminən üçdə biri isə Rusiyadan alınıb.

“Fitch”-in qiymətləndirməsinə görə, Belarus valyuta borcunu ödəmək üçün avqust-dekabr ayları arasında 1,1 milyard dollar “tərləməli” olacaq və bunun təxminən 45% - i Rusiya Federasiyası və ya Rusiya hökuməti ilə bağlı kreditorlar qarşısında borcdur.

Uzun sözün qısası, Rusiyanın Belarusa verəcəyi kreditdən geri qalan 500 milyon da Kremlə bağlı kreditorların borcunu ödəməyə gedəcək. Belaruslar isə “bir həsir, bir Məmmədnəsir” vəziyyətinə düşəcəklər. Bu da rusa biətin nəticəsi!

Heydər Oğuz(Ovqat.com)

pia.az


Etiket: Rusiya Belarusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar