Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Avropaya neft və qaz ixracını azaldır... - Rusiya Qərblə ticarət müharibəsi apara bilərmi?

Bu taktika sonucda bumeranqa dönüşüb Rusiyanın Avropa bazrını itirməsi ilə nəticələnə bilməzmi?..

İqtisadçı-ekspert: “Əslində enerji daşıyıcıları Rusiyanın əlində həmişə ciddi arqument olub. Zaman-zaman da Rusiya bu alətdən istifadə edib”.

“Ukrayna məsələsi Qərblə Rusiya arasında artıq çoxdan ticarət savaşına çevrilib. Çünki çoxlu sanksiyalar var. Sanksiyalar da həm Qərbə, həm də Rusiyaya müəyyən maddi itkilər gətirir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiyanın Avropaya neft ixracını 14% azaltmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya təhlükəsizliklə bağlı ABŞ-dan aldığı neqativ cavabdan sonra cavab addımı olaraq fevral ayından Avropaya neft ixracını 14% azaltmaq barədə qərar qəbul edib.. Bundan əvvəl də Rusiya Avropaya ixrac etdiyi qazı azaltmışdı.

Rusiyanın geosiyasi gərginliklərə görə neft və qaz üzərindən Avropaya təsir etmək imkanları nə qədər effektlidir və bu taktika sonucda bumeranqa dönüşüb Rusiyanın Avropa bazrını itirməsi ilə nəticələnə bilməzmi? Ümumiyyətlə Ukrayna məsələsi Qərblə Rusiya arasında ticarət savaşına çevrilərsə, bundan ən çox hansı tərəf ziyan görə bilər?

PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə Rusiyanın neft və qaz üzərindən Avropaya təsir etmək imkamlarını müzakirə edib.

Natiq Cəfərli: “Rusiyanın asılılığından qurtulan və Avropa Moskvaya qarşı daha ciddi addımlar atmaqda sərbəst olacaq. Öz neft və qaz ehtiyaclarını digər ölklərdən təmin edəndən sonra Avropa Rusiya üçün qat-qat təhlükəlidir”.

Keçən ilin dekabr ayında qazın qiymətinin, hətta 2 min dollara qədər artmasını xatırladan ekspert PİA.az-a açıqlamasında qeyd edib ko, indi qazın qiyməti təqribən 1200-1300 dollar civarındadır. Bu da tarixin ən yüksək göstəriciləridir. Bu nöqteyi nəzərdən Rusiyanın qaz məsələsində Avropaya təzyiq etmək imkamları daha çoxdur:

“Əslində enerji daşıyıcıları Rusiyanın əlində həmişə ciddi arqument olub. Zaman-zaman da Rusiya bu alətdən istifadə edib. Neftlə bağlı vəziyyət daha asandır. Çünki neftin başqa yerdən alınması çox asandır. Yəni Rusiya olmasın başqa neft istehsalçıları var ki, onlar məmnuniyyətlə Avropaya neft satacaqlar. Burada ciddi problem olmayacaq. Bu günə qədər müxtəlif üsullarla və müxtəlif yerlərdən neft alan Avropa üçün nefttə olan ehtiyacını ödəmək problem deyil.

Amma qaz daha fərqli bir məsələdir. Avropa Birliyi ölkələrinin qaza olan illik tələbatı 510 milyard dollardır. Bunun da illik 35-36 faizini Rusiya verir. Buna görə də deyə bilərik ki, Avropanın Rusiyadan qazdan asılılığı daha ciddi problemdir və qış aylarında bu asılılıq daha da artır. İstənilən halda Rusiyada qazla bağlı təzyiqlər baş verəndə həmin an qaz bazarı çox ciddi reaksiya verir. Tarixində ilk dəfə idi ki, bu gərginlik dövründə, keçən ilin dekabr ayında qazın qiyməti hətta 2 min dollara qədər qalxmışdı. İndi qazın qiyməti təqribən 1200-1300 dollar civarındadır. Bu da tarixin ən yüksək göstəriciləridir. Bu nöqteyi nəzərdən Rusiyanın qaz məsələsində Avropaya təzyiq etmək imkamları daha çoxdur.

Bu taktikanın bumeranqa çevrilməsi məsələsinə gəlincə isə, yüksəliş dönəmini yaşayan Çin iqtisadiyyatının ehtiyacı Rusiyanı daha özünə əminlik yaradır. Çin bazarında neft və qaza olan ehtiyacın artması üzündən Rusiya daha arxayın davranmağa başlayıb. Çünki Çinin enerji daşıyıcılarına olan tələbatı son 30 ildə 3 dəfədən çox artıb. Bu da Rusiyanın alternativ bazar kimi Çin bazarına yönlənməsinə imkanlar yaradır.

Natiq Cəfərli: “Rusiya günü-gündən böyüyən Çin bazarında özünə daha çox yer qazanır. Ona görə də Rusiya maddi olaraq ciddi itkilərlə qarşılaşmır. Bu mənada Çin Rusiyaya dəstək olur”.

Digər tərəfdən siyasi və geosiyasi səbəblər ucbatından Çin öz ehtiyacını daha Rusiyadan ödəməyə maraqlı olacaq. Çünki Çinə lazımdır ki, ABŞ başda olmaqla kollektiv Qərb Rusiya ilə daha çox uməşğul olsun. Bi Çinə öz siyasi və iqtisadi planlarını daha rahat şəkildə həyata keçirməyə imkan verir. Buna görə də Avropa bazarında Rusiya enerjini bir təzyiq və təsir vasitəsi kimi istifadə edir. Əvəzində isə Rusiya günü-gündən böyüyən Çin bazarında özünə daha çox yer qazanır. Ona görə də Rusiya maddi olaraq ciddi itkilərlə qarşılaşmır. Bu mənada Çin Rusiyaya dəstək olur.

Amma Rusiyanın tamamilə Avropa bazarından çıxması da Moskvanın planlarına daxil olmamalıdır. Çünki Rusiyanın asılılığından qurtulan və Avropa Moskvaya qarşı daha ciddi addımlar atmaqda sərbəst olacaq. Öz neft və qaz ehtiyaclarını digər ölklərdən təmin edəndən sonra Avropa Rusiya üçün qat-qat təhlükəlidir və bunu Moskvada anlamamış da deyillər. Ona görə də mən hesab edirəm ki, Moskvanın qaz şantajı ancaq bir yerə qədər ola bilər.

Onu da qeyd edim ki, Ukrayna məsələsi Qərblə Rusiya arasında artıq çoxdan ticarət savaşına çevrilib. Çünki ortada çoxlu sanksiyalar var. Sanksiyalar da həm Qərbə, həm də Rusiyaya müəyyən maddi itkilər gətirir. Amma təbii ki, ən çox itirən tərəf Rusiya olacaq. Çünki ABŞAvropa bazarlarının alternativləri var. Amma Rusiyanın ticarət dövriyyəsinin az qala yarıdan çoxu Avropa və Qərblədir. 75 faizə yaxın Qərb investisiyaları da Rusiyada fəaliyyət göstərir. Buna görə də vəziyyət bundan da artıq kəskinləşsə, təbii ki, Rusiya iqtisadiyyatı ciddi ziyan görə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar