Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin 67 yaşını təbiət qoynunda qeyd edir – Video

Bugün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür...

Oktyabrın 7-də ad gününü qeyd edən Rusiya prezidenti Vladimir Putin onun üçün əlamətdar olan gün ərəfəsində müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir tayqasına gedib. O, təbiəti müşahidə edib və göbələk yığıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi məlumat yayıb.

Dövlət başçısının təbiət qoynunda gəzdiyini əks etdirən videogörüntülərdə onun mənzərələrə tamaşa etməsi, həmçinin göbələk yığması yer alıb.

Vladimir Putin gəzintinin gedişatında qeyd edib ki, Moskva ilə Sibir tayqasında havanın eyni olmasına can atmaq lazımdır.

Putin zarafatla Şoyqunun qazıb çıxardığı bitki kolunu bağ evinin həyətində əkəcəyini deyib. Nazir isə cavab verib ki, bitki üçün başqa iqlim lazımdır.

“Havanı belə etmək lazımdır, suyu belə etmək lazımdır”, – Şoyqu bildirib.

Gəzinti zamanı prezidentin yanında olan şəxslərdən biri Moskvanın da havasını Sibir havası kimi təmizləməyin mümkün olub-olmaması barədə maraqlanıb. “Bu sualı mənə yox, prezidentə verin”, – deyə nazir sualın ünvanını dəyişdirib. “Hər halda cəhd etmək lazımdır”, – Putin cavab verib.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin 67 yaşını doğmaları və yaxınları ilə təbiət qoynunda qeyd edəcək.

Analoji hadisə 2014-cü ilin 7 oktyabrında da baş verib. Dövlət başçısı rəsmi istirahət günü götürüb və Sibir tayqasına yola düşüb O, özünün də etiraf etdiyi kimi, Sibirdə 9 kilometr məsafə qət edib. Prezident artıq növbəti gün işə qayıdıb və Novosibirskdə Dövlət Şurası Rəyasət Heyətinin iclasını keçirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar