Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Pulunuz da yoxdur ki, abort etdirəsiniz” – Seyran Səxavət

“Sən kimsən, hansı haqla, hardan pırt eləyib çıxmısan, sən neyləmisən, ortada hansı əsərin var ki, belə başının ölçüsündən böyük danışırsan?”...

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət bəzi gənc yazarların klassiklərimizi təhqir etməsinə münasibət bildirərkən deyib. Yazıçı bununla bağlı çox maraqlı fikirlər səsləndirib:

“Təbii ki, klassiklərimizi təhqir edənləri qəti bəyənmirəm, onları məhv etməyə hazıram. Sən kimsən, hansı haqla, hardan pırt eləyib çıxmısan, sən neyləmisən, ortada hansı əsərin var ki, belə başının ölçüsündən böyük danışırsan? Gənclərimizə, (təbii ki, söhbət istedadsızlardan gedir) demişdim ki, bizim klassiklərə sürtüşməyin, çünki siz onlara sürtüşəndə onlardan hamilə qalarsınız, elə bir pulunuz da yoxdur ki, abort etdirəsiniz. Onu da etdirə bilməyib gedib bic doğaraq hər şeyi korlayarsınız. Bu həm tövsiyə, həm qəzəb, həm sevgi, həm də nifərtdir.

Seyran Səxavət bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında universitetin filologiya fakültəsində onunla baş tutan görüş haqda da danışıb:

“Universitetin filologiya fakültəsinin tələbələriylə görüşümüz oldu. Söhbəti uzatdım ki, tələbələr mənə suallar versinlər. Bir-iki nəfər suallar verdi və sonra susdular. Sonra isə mən tələbələrə sual verib soruşdum ki, son vaxtlar hansı əsəri oxumusan? Xoşuna gəlibmi? Tələbələrin bir çoxları oxuduqları kitab haqda danışsalar da, bəziləri ümumiyyətlə bədii kitab oxumadığını etiraf etdi. Belə bir görüş oldu”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar