Cümə, 29 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Pulsuz qalan olmayacaq, sadəcə,"ölü canlar"a əlavə pul ödənilə bilər” – Aslan İsmayılov

"Görünən odur ki, qüvvədə olan Əmək qanunvericiliyimiz bugünkü vəziyyəti tənzimləyə bilmir"...

Olan qanunvericilik də icra edilmədiyindən, kölgə iqtisadiyyatının at oynatdığı bir vaxtda kimlərin işli, işsiz olduğunu haradansa müəyyən etmək mümkün deyil. Bu gün baş verənlər təbii fəlakətdir. Bu dövrün isə çox konkret qaydaları olmalı və təcili həyata keçirilməlidir”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, dövlət sektorunda işləyənlərlə bağlı məsələ aydındır, onların maaşları iş yerlərində bəlli olan siyahı əsasında dövlət tərəfindən ödəniləcək: “Burada pulsuz qalan olmayacaq, sadəcə, "ölü canlar"a əlavə pul ödənilə bilər. Əsas problemlər özəl sektorda yaşanacaq. Dövlət qurumlarının çağırışlarından görünən odur ki, işəgötürənlərdən işçilərlə əmək müqavilələrini pozmamaları tələb olunur. Bu isə çox çətindir, çünki, bəzilərinin əmək müqaviləsi bitir, yaxud müəssisə ləğv olunur və s. Ancaq qeydiyyatda olan sektorlarda kütləvi ixtisarlar olmayacaq. Bu gün əldə etdiyim məlumatlardan görünən odur ki, ölkə üzrə ümumilikdə 4.9 milyon çalışan vətəndaşın, 2 milyonu qeydiyyatı olan sektorlarda çalışır. Yəni bu 2 milyon vətəndaşın haralardasa qeydiyyatı var və onlara maddi yardım etmək olacaq. Qalan 2.9 milyon vətəndaş isə qeydiyyatı heç yerdə aparılmayan sektorlarda işləyirlər. Bunlar qeydiyyatı olmayan tikinti sektorunda (rayonlarda, kəndlərdə, elə Bakının özündə minlərlə heç bir yerdə qeydiyyatı olmayan təmir-tikinti briqadaları var), xidmət sahələrində günlük maaşla işləyənlər (evlərdə dayələr, qulluqçular, bağbanlar, sürücülər və s.). Demək bu günə qədər bu insanların hesabatı hələ də heç yerdə yoxdur və onlar haqqında heç bir tədbir görülmür. Ən azından bu günə bildiyim budur. Məhz bu səbəbdən demək olar ki, hər gün ehtiyacı olanların siyahısının tərtib edilməsinin vacibliyini vurğulayırdım. Bu gün hakimiyyətin "bizə qulaq asmadınız", "müqaviləsiz işlədiniz, indi əziyyətini çəkin" yanaşması çox yanlış və ədalətsiz qərardır. Bu qanunsuzluqlar məhz hakimiyyətin uzun illər kölgə iqtisadiyyatına üstünlük verməsi ilə bağlı olub. Nəzərə alın ki, bu gün ən çox ehtiyacı olanlar da məhz bu kateqoriyadır. Onların bu gün yardımsız qalması sosial partlayış deməkdir! Çıxış yolu ancaq və ancaq təcili bütün işsiz qalanları qeydiyyatdan keçirib 190 manat yardım almalarına kömək etməkdir”. (Pravda.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir

Nazirlər Kabinetindən toyların keçirilməsi ilə bağlı açıqlama

İcra başçısı kartof yığdı, müzakirələrə səbəb oldu - Foto

“O saxta prezidenti, dırnaqarası prezidenti...” - İlham Əliyev

Karantindən sonra yas mərasimlərinin necə keçiriləcəyi açıqlandı

Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın danışdı

Nəqliyyatın müəmmalı “Yol xətti“: Vüsal Kərimlinin tender labirinti

“Ege Hospital”da səhv əməliyyat edilən Qarabağ qazisi vəfat etdi — Foto

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist danışdı

2 milyard dollarlıq aktivlərinə həbs qoyulub, özü koronavirusa yoluxub...

loading...

Ən çox oxunanalar