Bazar ertəsi, 01 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Pulmonoloq: “Koronavirus zamanı öskürəyə qarşı tədbir görmək qəti qadağandır”

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin birinə kimi uzadılıb.

Eyni zamanda, ölkədə 18 yanvar saat 00:00-dan etibarən sərtləşdirilmiş karantin rejimi yumşaldı, həmin gündən etibarən ölkədə COVID-19 pandemiyasına qarşı peyvəndləmə başladı.

Media.Az-a açıqlamasında ağciyər xəstəlikləri mütəxəssisi (Pulmonoloq) Həsən Həsənzadə COVID-19-un müalicəsində ən çox rast gəlinən səhvlər barədə danışarkən bildirib ki, bu, virusla mübarizə ilə əlaqəsi olmayan çoxsaylı vitaminlərin istifadəsidir.

“Əgər insan orqanizmində vitamin çatışmazlığı varsa, həkim ona vitamin müalicəsi təyin edə bilər. Əsasən, immunodepressantları qəbul edən və ya immun çatışmazlığından əziyyət çəkən pasiyentlərdən başqa, digər insanların immuniteti adətən normada olur. Bütün digər insanlara sadəcə düzgün qidalanmaq kifayət edir.

Bununla belə, başa düşməyimiz lazımdır ki, immunitetinizi gücləndirmək məqsədi ilə çox yeməyə gərək yoxdur. Əksinə, bu, həm müalicə zamanı, həm də müalicə sonrası bir sıra problemlərə səbəb ola bilər”, - deyə H.Həsənzadə qeyd edib.

Müsahibimiz həmçinin bildirib ki, yağlı qidaların ağciyəri hədəf alan koronavirusa qarşı mübarizədə müsbət nəticə verməsi kökündən səhvdir və bir çox hallarda hətta zərərlidir.

“Yemək dərman deyil. Bədənin sağlamlıq vəziyyətindən asılı olaraq, gün ərzində müəyyən miqdarda qida qəbul etməsi üçün gündəlik tələbat var. Bir çox hallarda normadan artıq yemək mənfi təsir göstərir”, - deyə pulmonoloq vurğulayıb.

Mütəxəssis həmçinin əlavə edib ki, öskürək tənəffüs sisteminin qoruyucu mexanizmidir və onun infeksion proseslər zamanı olması normaldır:

“Öskürək tənəffüs sistemində problem yaratmadığı müddətcə ona müdaxilə etməyə gərək yoxdur. İnfeksion proseslər zamanı öskürəyin dayandırılması xəstəliyin pisləşməsinə səbəb olur və ya onun müddətini uzadır”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

Azərbaycan Xarici İşlər nazirliyinin bəyənatları yenidən yalvarici formaya düşüb

Ramiz Mehdiyevin qardaşı oğluna yüksək vəzifə verildi

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı

Azərbaycanda gəlin qayınanasını döydü: "Evə kişi gətirirdi və..." - Şok Video

Erməni vəhşiliyi: İçində körpələr də olan mülki adamları bir-birilərinə bağlayıb, yandırıblar - Video

“Təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaqq” - Yəhudi politoloq

Türkiyə bu dəfə yaxın mənzilli zenit-raket kompleksini təqdim etdi — Video

Ermənilər Azərbaycanın tələbini yerinə yetirdi

Hacı Qamətdən daha bir absurd: “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır” - Video

Ən çox oxunanalar