PSJ Neymarın transferi üçün təklifləri nəzərdən keçirmək niyyətindədir
PİA.az qol.az-a istinadən xəbər verir ki, paytaxt klubu komandan ayrılmaq istəyən 27 yaşlı oyunçunu yayda satmaq istəyir. Parislilərin braziliyalı hücmçu üçün 180 milyon avro tələb edəcəyi bildirilib.
Daha öncə PSJ-nin 222 milyon avroya aldığı Neymara 300 milyon avro təzminat qoyduğu haqda məlumat yayılmışdı.
Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ildə "Barselona"dan transfer olunub.
pia.az