Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb

Dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək...

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar