Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Psixoloqlara tənqid: Çarəsi olmayan xəstəlikləri “müalicə edirəm” deyirlər

“Psixoloji yardım haqqında” qanun tam işlək vəziyyətdə olanda, istər psixoloqlarla, istər defektoloqlarla bağlı məsələlərin, oradakı müddəaların, tələblərin hamısına riayət olunmalıdır

Həmişə bu yöndə dediyim sözün məğzi də ondan ibarət olub ki, istər psixoloqlar, istər defektoloqlar təcrübəli adamlar olmalıdırlar.

Yəni, öz ixtisasları ilə bərabər, həm də tibbi savada malik insanlar olmalıdırlar.

PİA.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

“Müşahidə etmişəm, hər dəfə müxtəlif psixoloji yardım adı altında fəaliyyət göstərən mərkəzlərin qarşısından keçəndə görmüşəm ki, elə xəstəliklərin adlarını yazıblar ki, əslində onların çoxu müalicəsi mümkün olmayan xəstəliklərdir.

Məsələn, autizm, daun sindromu və sair. Biz çoxumuz həkim olmasaq da, yaxşı bilirik ki, bunların çarəsi hələlik tapılmayıb” - deyən millət vəkilinin sözlərinə görə, xüsusilə də, tibbi savadı olmayan insanların psixoloq adı altında bu xəstəliklərin “müalicə”sini öz üzərinə götürməsi tam yolverilməz və qəbuledilməzdir.

“Yəni, elə xəstəliklər, elə xəstə uşaqlar var ki, məsələn, onlara fizioterapiya, hansısa idman növü qəti olmaz və sair.

Amma bəzi “psixoloqlar” tibbi savadları olmadan, kor-koranə bu işləri görürlər, psixoloqluq, defektoloqluq edirlər. Defektoloqluq elədir ki, onlar nitqlə məşğul olurlar. Bu baxımdan, onlar o qədər də psixoloji məqamları tuta bilməzlər.

Amma hər halda bu insan obyektidir, xüsusilə, uşaqlarla bağlı incə, həssas məsələdir. Bunlarla çox incə məşğul olmaq lazımdır ki, əksinə, fəsadlaşmış formada meydana çıxmasın, təzahür etməsin.

Bəzən olur ki, gedirlər hardasa kurs keçirlər. Sertifikatlar da asırlar və yazırlar ki, guya 45 saat, 60 saatlıq kursu bitiriblər.

Həmin o 45 saat, 60 saatlıq kursu keçməklə, gəlib o “təcrübə”ni insan, uşaqlar üzərində sınayırlar ki, bu, çox təhlükəli və qorxuludur.

Ona görə də mütləq tibbi savadı olan insanlar psixoloqluqla məşğul olmalıdır, özü də onlara ciddi nəzarət həyata keçirilməlidir.

Dövlətin nəzarətində olanlar aydındır, dövlət özü tənzimləyir bu məsələni.

Ancaq özəl sektorda onlara kim nəzarət edir, bu məsələ açıq qalır və nəticə etibarı ilə istər-istəməz insanlarda ciddi narahatlıqlar doğurur.

Hətta, mənim bildiyim qədər psixoloji mərkəzlərin rəhbərləri belə, özləri tamam başqa sahənin mütəxəssisləridirlər.

Ona görə də bu işlərə bir az daha ciddi yanaşmaq tələb olunur”, - deyə K. Əliyeva sözlərinə əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar