Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurorluq Blatter və Platiniyə cəza istədi

İsveçrənin Federal Cinayət Məhkəməsi FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platiniyə iyulun 8-də hökm oxuyacaq. Novator.az-ın məlumatına görə, iyunun 15-də prokurorluğun hər iki şəxsə 1 il 8 aylıq şərti həbs cəzası (2 il sınaq müddəti tətbiq etməklə) istədiyi açıqlanıb.

İttihamı 2021-ci il noyabrın 2-də İsveçrənin Federal Prokurorluğu irəli sürüb, mühakimə bu il iyunun 8-də başlayıb. İddiaya görə, Mişel Platini 2011-ci ildə FİFA-dan 2 milyon İsveçrə frankı məbləğində qanunsuz ödəniş alıb. Vəsaitin Mişel Platininin FİFA prezidentinin müşaviri postundakı fəaliyyəti (1998-2002-ci illər) ilə bağlı olduğu bildirilir.

Həm FİFA, həm də UEFA-nın mənzil-qərargahları İsveçrədə yerləşir.

2015-ci ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedib, bir çox məmur tutulub. İyulun 2-də Jozef Blatter FİFA prezidenti postundan istefa verib. Sentyabr ayında 2 milyon franklıq qanunsuz ödəniş ittihamı gündəmə gəlib. Dekabrın 21-də hər iki şəxs 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Sonradan Mişel Platininin cəzası 4 ilə endirilib. 2016-cı il sentyabrın 14-də Mişel Platini UEFA prezidenti postunu tərk edib.

1936-cı il təvəllüdlü Jozef Blatter 1998-ci ildən FİFA prezidenti olub.

1955-ci il təvəllüdlü Mişel Platini futbolçu karyerası ərzində Fransanın “Nansi”, “Sent-Etyenn”, İtaliyanın “Yuventus” klublarında oynayıb, Fransa milli komandasının şərəfini qoruyub.

Avropa çempionu, Kuboklar kubokunun, Çempionlar kubokunun, Avropa superkubokunun, qitələrarası kubokun qalibidir.

1983, 1984, 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatı alıb.

1987-ci ildən məşqçilik edən, sonradan isə futbol funksioneri kimi çalışan Mişel Platini 2007-ci ildən UEFA prezidenti, eyni zamanda FİFA-nın vitse-prezidenti olub. 2020-ci ildən Beynəlxalq Peşəkar Futbolçular Federasiyası prezidentinin müşaviridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar