Şənbə, 04 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prokuror Neftçalanın sabiq icra başçısına və müavinlərinə cəza istəyib - Yenilənib

Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən Neftçala Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Vurğun Əkbərova 10 il cəza istəyib.

Prokuror digər təqsirləndirilənlər - icra başçısının digər müavini Gültəkin Sadıqovun, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyevin, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun 9 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

***

Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev barəsində verilən ittihamın məhkəmə istintaqı ilə sübuta yetirildiyini əsas gətirərək onun 11il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Yerinə qızını gətirir: Eldar Yunusovun baxçalarla bağlı varis planı - Video

Ağ Evdən Bakıya mühüm jest - "Demokratiya sammiti" ərəfəsi İrəvana zərbə

Azərbaycanlı ayətullah Sistanini əvəz edəcək - Ayətullah əl-İrəvani İraq şiələrinin lideri olacaq...

Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib

Murad Süleymanov saxta dərman probleminin həll edilməsi üçün bu neçə ildə nə edib?

Xocavənddə Azərbaycan hərbçisi ona hücum edən erməni əsilli şəxsi zərərsizləşdirib

Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - Video

"Bu, müstəqil Azərbaycanın ən böyük büdcəsidir" - Əli Əsədov

Ermənistan ABŞ-ın “anti-Rusiya sammiti”ndə - Peskovun xəbərdarlığı

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Gözlər Haaqada - Beynəlxalq məhkəmədən nə qərar gözləyək?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay