Çərşənbə, 30 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prokuror 52 nəfəri aldadan “Lombard” sahibinə 10 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. O, Zaur Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişlər cəzanın az olduğunu deyərək etirazlarını bildirib və vurğulayıblar ki, bu günə qədər heç kimin zərəri ödənilməyib. Zaur Məmmədovun vəkili deyib ki, müdafiə etdiyi şəxsin atası ilə danışıqlar aparır və pulu hissə-hissə ödəyə bilər. Zərərçəkmişlər isə buna inanmadıqlarını bildiriblər.

Zaur Məmmədovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, Zaur Məmmədov Sumqayıtda “Lombard” işlədib. Zərərçəkmişlər lombarda qoyduqları qızllar qarşılığında nağd pul alıblar. Z.Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb. İş üzrə 52 zərərçəkmiş var.

Z.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. (Report.)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

“Ailəmizin 4 üzvü müharibəyə yollanıb” - Aynişan

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - Video

İlham Əliyev Paşinyanı “öz meydanında” məğlub etdi - Rusiya telekanalında müharibə debatına sözardı

Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

Suriyalı terrorçunun Qarabağdakı görüntüləri yayıldı 

Dünya şöhrətli idmançımız da cəbhəyə yollandı - Foto

“Türkiyənin Azərbaycanda olması Rusiya və Ermənistana meydan oxumaqdır”.

loading...

Ən çox oxunanalar