Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Professor: “Təhdid etdilər, dedilər, baş akademikin ideallarına sadiq olmalısan”

Ey müqəddəs Ana Dilim! Dərdlərimi bölüşəcəyim tək dərddaşım! Sənin də, mənim də haqqımı çeynədilər, sənin adindan bir cür, mənim səninlə əməkdaşlığımdan isə bir başqa cür sui-istifadə etdilər. Çarəsizik, nə edək? Ölkə Prezidenti Sənin inkişafin üçün 2 milyon pul ayırdı, amma akademik-alimlər onu sənin inkişafına, qorunmağına xərcləmədilər. Xalqımızın milli-mənəvi sərvəti olan, ilk fundamental elmi qrammatikanı – İdris Abbasovun “Mirzə Kazimbəyin tərcümə, tədqiq və şərhi”ni tərif edib tərifindən faydalandılar, amma nəşr etdirmədilər, əksinə, müəllifini qənşər ayağına çəkdilər. Vatikan kitabxanasında 400 il əvvəl italyan dilində əlyazma şəklində uyuyan milli-mənəvi abidəmiz olan “Azərbaycan dilinin orijinal qrammatikası”nın nəinki çapına pul ayırmadılar, heç nə olmamış kimi tamamilə laqeyd yanaşdılar. Məqsəd Sənə real xidmət edənlərin qol-qanadını sındırmaq idi.

Əziz Ana Dilim! Səninlə səmimi dostluq edənləri, sənin yolunda canını qoyan fədakar insanları Milli Elmlər Akademiyasinda, xüsusən, onun Dilçilik İnstitutunda daş-qalaq etdilər, maksimum həvəsdən salmağa çalışdılar, haqqına qənim kəsilməklə, maddiyatla sınağa çəkdilər.

Doğma dilim! Sənin ilk elmi qrammatikanı canlandıran şəxsə zülm etdilər. Hətta 2018-ci ildə Dilçilik İnstitutunun Elmi şurasına "qoluzorlu" və "dilizorlu" göndərib müəllifi təhdid etdilər. Dedilər, ana dilinə yox, baş akademikin ideallarına sadiq olmalısan!

Qanun onlar üçün yalnız gülüş obyekti idi. Üstəgəl, mərhəmətsizlik və vicdansızlıq! Çünki Prezident Administrasiyasındakı sabiq şöbə müdirinin həyat yoldaşının ipi bu akademik dəstənin əlində idi. Məhz akademiklərin vasitəsilə o, elmlər doktoru olacaqdı.

Deməli, Ana Dilim! O nankorlar Sənin varlığına divan tutub ciblərini doldurmaq üçün zəruri şəraiti yaratmağa müvəffəq olmuşdurlar.

Ölkə Prezidentinin Ana dilimiz üçün ayırdığı 2 milyonun və qrant şəklində ayrılan digər milyonların taleyi ilə oynayan laübalı alim-akademiklər və professor-doktorlar bağlı-bağatlı qəsrlərdə, geniş mənzillərdə məskunlaşdıqları halda, canım Ana Dilim, sənin ilk elmi və orijinal qrmmatikalarnı – mənsub olduğun millətin milli-mənəvi sərvətini min bir zəhmətlə ərsəyə gətirən İdris Abbasovu 4 nəfərlik ailəsi ilə 29 kvadratlıq mənzilə sıxışdırdılar!

Billur qədər saf olan Ana Dilim! Varlığa qarnı ilə bağlananların üzündən əsrlərlə əsirlikdə qaldığın arixivlərdən səni öz balalarına qovuşduran miskin İdris Abbasov öz ailə-uşağını saxlamaq üçün 18 saatliq iş rejiminə qatlaşdı, möhtəkir alim-akademiklər onun sağlamlığına od vurdular, "uf" da demədilər.

Bəli, baldan şirin Ana Dilim! İ.Abbasov sənin 4 000 000 (bəli, dörd milyon!) işarəlik ilk elmi qrammatikanı və orijinal qrammatikanı da 6 il ailə-uşağını mətbəxə sıxışdırıb məhz həmin darısqal mənzildə yerinə yetirdi…

İşə başlayanda mənim 46, oğlumun 10, qızımın 8 yaşi var idi. İşi bitirəndə artıq 52 yaşın içində xəstəhal, uşaqlarım isə 16 və 14 yaşlarında! Fəsillərin, illərin necə keçdiyini bilmədim. Dəyişən yeganə şey zamandır, bir də yaşa dolmuş uşaqların mənzil darısqallığını böyüdükcə daha çox hiss etmələri və maddi çətinlikləri.

Məni narahat edən nə mənzilin darılsqallığı, nə də maddi çətinlikdir. Məni əsl narahat edən dövlət təmsilçisi rolunda çıxış edən akademik-alimlər dəstəsinin məsuliyyətsizliyi, laqeydliyi, Ana dilinə hörmətsizliyi, dövlət büdcəsinin boşuna xərclənməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim və digərlərinin haqqına qənim kəsilmələri və harınlıq etmələridir!

Ana dilini, Vətənini, dövlətini sevən, xalqına hörmət edən akademik, alim, professor və digərləri belə davrana bilərlərmi? Hiyləyə əl atıb zay əsərlərə dövlət büdcəsindən külli miqdarda vəsaitlər silərlərmi? Plagiat kitaba baş redaktorluq edərlərmi? Və s.

Tam məsuliyyətlə deyirəm və həyəcan təbili çalıram: Dilçilik İnstitutunda dövlət büdcəsini xərcləməklə dövlət atributumuz olan Ana dilinə həqarət olunur və bunun üstü müxtəlif tədbirlərlə ört-basdır edilir. Dövlətin ayırdığı pulları xurd-xəşil edib özünə və əhli-əyalına eyş-işrət quran, dəstə yaradan alim-akademiklər mənim və övladlarımın haqqını mənimsəyiblər.

Ölkə Prezidentinin ayırdığı 2 milyonu yoxa çıxaran və külli miqdarda qrantları mənimsəyib biabırçı və lazımsız plagiat əsərlərə yüz minlərlə vəsait xərcləyən alim-akademiklər cəzalandırlmalıdırlar! Onlar hələ də Prezidentə mədhiyyə deyib, iş görüntüsü yaradıb əməllərini ört-basdır etməklə məşğuldurlar!

PS. Bütün xidmətlərimlə yanaşı sözügedən akademik-alimlərdən fərqli olaraq min bir zəhmətlə şəraitsiz məkanlarda Vətən üçün övladlar böyütmüşəm. Oğlum 5 il epilepsiyadan əziyyət çəkdi, müalicə olundu. Min şükür ki, sol beyin yarımkürəsinə yaxın məsafədə yerləşən kista böyümədi və nəhayət, 17 yaşına qədəm qoydu. Tibbi komissiyadan keçdi və hərbi xidmətə yararlıdır. Onu Allah yenidən bizə və Vətənə qaytardı! Hərbi qeydiyyata alınıb. Qismət olsa, 1,5 ildən sonra Orduya yollanacaq. Allah bütün Vətən övladlarını qorusun və haqlarını özlərinə nəsib etsin!

Qeyd. Dövlət atributumuz olan Azərbaycan dilinə Dilçilik İnstitutunda necə həqarət olunmasını sübut etməyə hazıram. Bu ciddi məsələyə yalnız Prezident Administrasiyası, yaxud Birinci vitse-prezidentin köməkçiləri obyektiv müdaxilə edə bilərlər! (İdris Abbasov, Pravda.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Professor: “Təhdid etdilər, dedilər, baş akademikin ideallarına sadiq olmalısan”

Ən çox oxunanalar