Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Professor:"İyun ayında biz pandemiyanı tam nəzarət altına ala biləcəyik"

Azərbaycanda koronavirusa yoluxanların sayında ötən həftə ilə müqayisədə artım müşahidə edilir. Belə ki, fevralın 28-də açıqlanan məlumata görə, ölkədə 270 nəfər koronavirusa yoluxub, 117 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə 234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.

Onu da qeyd edək ki, dünyada da yoluxma və ölüm sayında son günlər artım müşahidə edilir. Bu, əsasən Britaniya ştammı sayəsində baş verir. Bu COVİD-19-un Britaniya ştammı (mutasiya) daha sürətlə yayılır və bu, Avropa ölkələri arasında yayılmaqdadır.

Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 114 milyon 738 min 603 nəfərdir. Bu virusdan ölənlərin sayı isə 2 milyon 544 min 265 nəfərdir. İndiyə qədər 90 milyon 294 min 960 nəfər koronavirusdan müalicə alaraq sağalıb.

Son sutkada dünyada 311 min 937 nəfər koronavirusa yoluxub, 6 min 226 nəfər isə dünyasını dəyişib.

Bu, ötən həftə ilə müqayisə də artımdan xəbər verir.

Dünyada və Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi də davam etdirilir.

ÜST-in Avropa regional bürosunun rəhbəri Hans Kluge bildirib ki, Koronavirus pandemiyası 2022-ci ilin əvvəlində yoxa çıxa bilər. Hans Kluge söyləyib ki, pis ssenari geridə qalıb:

“Biz virus barədə 2020-ci ildəkindən daha çox bilirik”, - deyə ÜST rəsmisi qeyd edib.

H.Kluge əlavə edib ki, 2022-ci ildə də pandemiya tam başa çatmayacaq.

Sosial şəbəkələrdə, cəmiyyətdə belə bir fikir var ki, Azərbaycanda mart ayından etibarən sərt karantin rejimi tətbiq ediləcək. Bəs indiki şərtlər daxilində bu nə qədər realdır? “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, hazırkı şəraitə görə karantin rejiminin sərtləşdirilməsini uyğun saymır:

“Yoluxma sayı cüzi qalxırsa karantin rejimini sərtləşdirmək lazım deyil. Lakin əgər yoluxma pik həddə çatarsa, o zaman sərt karantin rejimi mütləqdir. Hazırkı situasiyada buna gərək duymuram. İndi Avropada koronavirusun Britaniya ştammı geniş şəkildə yayılır. Buna görə də bəzi ölkələrdə karantin rejimi sərtləşdirilir. Azərbaycanda isə hələ ki bu ştammın yayılması müşahidə edilmir. Əgər yayılarsa, mövcud vəziyyət təhlil edilib, qərar qəbul oluna bilər”.

Professor hesab edir ki, iyun ayına qədər biz pandemiyadan yaxa qurtara bilərik: “Hesab edirəm ki, iyun ayında biz pandemiyanı tam nəzarət altına ala biləcəyik. ÜST-in də bu yöndə müsbət açıqlamaları var. Ona görə də düşünmürəm ki, bu ili də ötən il olduğu kimi sərt karantin rejimində, qapalı vəziyyətdə keçirək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar