Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Problemli kreditlərin azalması nə qədər doğrudur? - Əkrəm Həsənovdan şərh

Bank üzrə ekspert: “Problemli kreditlərlə bağlı hazırda göstərilən rəqəmlər real deyil”

“Allah bizi o vaxt qorusun ki, yeni problemli kreditlər daha dəhşətli olmasın”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov noyabrın 1-nə açıqlanan problemli kreditlərin statistikanın reallığını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 6,5 milyon manat təşkil edib. Bu da noyabrın 1-nə olan göstəricilərə əsasən isə, bu göstərici əvvəlki ayla müqayisədə 5,9 faiz azdır.

Eləcə də, ilin əvvəli ilə müqayisədə müvafiq təşkilatların müddətlər üzrə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 22,9 faiz azalıb.

Qeyd edək ki, bu kreditlər ümumi kredit qoyuluşlarının 6,8 faizini təşkil edib.

Bu azalmanı real hesab etmək olar? Məlumdur ki, ölkədə hələ də pandemiya davam edir və əhalinin gəliri demək olar ki, yoxdur. Bu reallığa görə problemi kreditlərin 5,9 faiz azalması nə qədər doğru ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Problemli kreditlərlə bağlı real vəziyyəti gələn il görə biləcəyik”.

Əvvəlki problemi kreditlərin bir hissəsinin artıq ödənildiyini və yeni problemli kreditlər də göstərilmədiyinə görə indi statistikada azalmanın olduğunu nəzərə çatdıran ekspert bildirib ki, amma normalda bu belə deyil:

“Əlbəttə ki, problemli kreditlərlə bağlı hazırda göstərilən rəqəmlər real deyil. Xatırladım ki, bu ilin aprel ayında Mərkəzi Bank bütün banklara tövsiyə xarakterli məktub göndərmişdi və bu məktubu saytında da dərc etmişdi. Mərkəzi Bankın tövsiyəsində bildirilirdi ki, banklar pandemiyaya görə sentyabrın 30-a qədər həm vətəndaşların, həm də sahibkarların kreditləri üzrə vaxtında ödəniş etməmələrini gecikmə hesab etməsinlər. Həmçinin də həmin müştərilərə gecikməyə görə cərimə hesablamasınlar.

Sentyabrın 30-da isə Mərkəzi Bank həmin tövsiyəsini yanvarın 1-ə qədər uzatdı. Bu ilin aprel ayından kimin problemli kreditləri olursa, o problemləri kredit kimi hesab olunmur. Yalnız indiyə qədər olan problemli kreditlər problemli kredit olaraq qalır. Əlbəttə ki, əvvəlki problemi kreditlərin bir hissəsi artıq ödənilir və yeni problemli kreditlər də göstərilmədiyinə görə indi statistikada azalma görünür. Amma normalda bu belə deyil.

Yəqin ki, problemli kreditlərlə bağlı real vəziyyəti gələn il görə biləcəyik. Allah bizi o vaxt qorusun ki, yeni problemli kreditlər daha dəhşətli olmasın”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar