Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Problemli kreditlər üzrə kompensasiyaların 91,4%-i bankların hesablarına köçürülüb

Maliyyə Nazirliyindən məlumat verilib

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin müvafiq xərc maddəsindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün altı tranş çərçivəsində ümumilikdə 600,1 mln. manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 18.04.2019-cu il tarixində 350,8 mln. manat, 06.05.2019-ci il tarixində 53,5 mln. manat, 14.05.2019-cu il tarixində 26,3 mln. manat, 15.05.2019-cu il tarixində 42,6 mln. manat, 23.05.2019-cu il tarixində 46,2 mln. manat və son olaraq 31.05.2019-cu il tarixində 80,6 mln. manat məbləğində vəsaitlər bankların, ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.

Beləliklə, bugünkü tarixə Maliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların 91,4%-i bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixində imzaladığı Fərmanda baş vermiş devalvasiyalar nəticəsində dəymiş zərərlə bağlı fiziki şəxslərə hesablanmış kompensasiya məbləğinin 3 aydan gec olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi tapşırılıb.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar