Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin ziyarət etdiyi Ağdam məscidinin tarixi və bugünkü əhəmiyyəti

Noyabrın 20-də Ağdam işğaldan azad olunduqdan 3 gün sonra ölkə prezident İlham Əliyev Ağdam şəhərinə səfər etdi. Səfər çərçivəsində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev Ağdam şəhərinin dağıntıları arasında az-çox salamat qalan yeganə tikili olan Ağdam Cümə Məscidini ziyarət edib.

Müqəddəs məkanı ziyarət edən ölkə başçısı və Birinci Vitse-prezident Mehriban Əliyeva məsciddə dualar oxuyub və Cümə məscidinə müqəddəs Məkkə şəhərindən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb.

Prezidentin məhz əsas dayanacaq kimi Ağdam məscidində durması bu şəhərdə nisbətən salamat qalan yeganə tikili olması ilə yanaşı, məscidin ötən illərdə Ağdamın simvoluna çevrilməsi ilə bağlıdır. Məsələ ondadır ki, 1993-cü il iyulunda Ağdam işğal olunduqdan sonra ermənilər Ağdamla həddən artıq qəddar davranıb və nəticədə Ağdam şəhəri sözün həqiqi mənasında yer üzündən silinib, hətta şəhərin daş-divarları belə sökülüb aparılıb. Hazırda bu şəhərdə bir dənə salamat tikili qalmayıb. Yalnız Ağdam məscidi istisna olmaqla. Bundan başqa Ağdam məscidinə heyvanların salındığını göstərən fotolar işğalın ağır nəticələrini göstərməklə yanaşı, işğalın, erməni vəhşiliyinin simvoluna çevrildi.

Ağdamın “qazi” abidəsi, Cümə məscidi 1868—1870-ci illərdə inşa olunub. Məscid binasının memarı Kərbəlayi Səfi Xan Qarabaği olub. Memar Kərbəlayi Səfixan Qarabaği Ağdam məscidi ilə yanaşı Bərdə, Şuşa, FüzuliHoradizdə də məscidlər inşa edib.

Səfixan Qarabaği (1817-1910) ustad memar olaraq “Qarabağ məscid memarlığı” adlı bir memarlıq üslubu formalaşdırıb. S.Qarabaği Qarabağda Şuşa, Ağdam, Bərdə, Füzuli şəhərləri ilə yanaşı ölkə xaricində Ukraynanın Odessa və Türkmənistanın Aşqabad şəhərlərində məscidlər inşa edib.

Məsciddəki daş kitabədə Ağdam Cümə məscidinin 1913-cü ildə təmir olunduğu qeyd olunub. Mehrab tağçasının üzərindəki yazıda məscidin dekor tərtibinin ustad Məhəmməd Nəqqaş Təbrizi tərəfindən verildiyi və hicri təqvimlə 1331-cü il (miladi 1913) tarixi həkk olunub.

Ağdam cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağcası quraşdırılıb. Yan tağcaların ustu interyerə yonələn eyvan şəklində olub qadınların ibadəti ucun nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağcasının yanlarında olan pəncərələrdən işıqlanır.

Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. Memar Kərbəlayi Səfi Xan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq — inşaat təcrübəsinə uyğun ozunəməxsus məscid obrazı yaratmışdır.

Ağdam Cümə məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir.

Məscidin girişindəki tabloda sıra ilə üst-üstə bir neçə ayə və kəlam yazılıb. Bunlar:

1-ci sətir: “La ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah. ("Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur, Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın elçisidir, Şəhadət verirəm ki, Əli (ə) Allahın vəlisi və möminlərin əmiridir").

2-ci sətir: “Bismillahir-Rəhmanir-Rəhim”. (Rəhmli və mehriban Allahın adı ilə).

3-cü sətir: Qələbə ayəsi (Fəth surəsi, 1-ci ayə): “Həqiqətən, Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik”.

4-cü sətir: Nəcm surəsi, 39-cu ayə: “İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”.

5-ci sətir: “Ya Əli ibn Mus ər-Rza ədrikni”. İmam Rzaya (ə) təvəssül edilir.

6-cı sətir: Hicr surəsinin 92 və 93-cü ayələri: “Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik - (Dünyada) etdikləri əməllər barəsində”. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)

Artıq Ağdam və onun “baş binası” olan Cümə məscidi azaddır. Yəqin ki, çox tezliklə Ağdam məscidi təmir olunub əvvəlki gözəlliyinə qovuşacaq. Ancaq 27 illik əsirlik dövrü və xalqımıza xüsusi nifrət əlaməti olaraq Ağdam məscidinə salınan heyvanların rəsimlərini heç bir azərbaycanlı unutmayacaq.

Kənan RÖVŞƏNOĞLU (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar