Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

Maşallah, Maşallah, göz dəyməsin, tfu, tfu, tfu! Azərbaycan diplomatları hər şeyşünasdırlar və hərşeyşünaslıqda tayları-bərabərləri yoxdur. Yəni unikal kadrlardır.
 
Diplomatik korpusun ən unikal hərşeyşünası kim olsa yaxşıdır? 
 
Yox, yox, düz tapmadınız. Bu mütləq mənada keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov deyil; o heç nazir olduğu 16 ildə öz dövlət dilimizi demirəm, hətta hansısa əcnəbi dildə belə, düz-əməlli danışmağı öyrənə bilmədi. İndiki nazir Ceyhun Bayramov? Yox, yox, indiki cənab nazir də bu kateqoriyaya tam cavab vermir. Nə olsun adam heç bir diplomatik təcrübə keçmədən Təhsil Nazirliyindən  birbaşa Xarici İşlər Nazirliyinə transfer edəndə? Bu üfüqi sıçrayış onun hərşeyşünaslığına dəlalət etsə də, unikallıq baxımından eyni sözləri demək çətindir. 


 
Sizi çox həsrətdə buraxmayıb keçirəm sözümün mustafasına:  diplomatik korpusun ən unikal bacarıqlara sahib olan kadrı Xarici İşlər Nazirliyinin protokol idarəsinin sabiq rəisidir. Sual edə bilərsiniz: onun hərşeyşünaslığı və unikallığı harda özünü göstərir? Bax, indi gəldik mətləbin tam üzərinə.
 
Yadınızdadırsa,  ötən il Ceyhun Bayramov Xarici İşlər naziri təyin ediləndə atdığı ilk addımlardan biri kadr islahatları oldu. Keçmiş komandanın demək olar ki, bütün heyəti işdən uzaqlaşdırıldı, ən mühüm postlara isə pedaqoqlar gətirildi. Əvvəl işdən atılıb, sonra yeni vəzifə verilən kadrlardan biri də diplomatik korpusun ən unikal hərşeyşünası saydığımız Pərvin Mirzəzadə idi. Nazirin 18 senyabr əmri ilə Protokol idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılan Pərvin Mirzəzadəyə üstündən 3 gün keçməmiş, 22 sentyabr 2020-ci il tarixində xeyli ciddi iş tapşırıldı. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın mətbuata verdiyi açıqlamaya görə, o, xüsusi tapşırıqlar üzrə səfir təyin edildi. Bütün səfirlərin prezidentin sözçüsü olduğunu nəzərə alsaq, Ceyhun Bayramovun bu əmrindən sonra, belə çıxır ki, ölkə başçısının ən məxfi məlumatlarını xarici dövlətlərə aparanlardan biri də Pərvin Mirzəzadədir.


 
Bəs, hörmətli səfir xüsusi tapşırıqları necə yerinə yetirir? 
 
Sözsüz ki, bu sualın cavabını nəinki biz, hətta Ceyhun Bayramov da tam olaraq bilmir. Nədən ki, səfirlər ancaq Prezident qarşısında hesabat verirlər. Özəlliklə də xüsusi tapşırıqlar üzrə səfirlər xidməti vəzifələrini nazirdən gizlətməyə borcludurlar. 
 
Amma deyəsən, Prezidentin öz xüsusi tapşırıqlar üzrə səfirinə hansı işləri həvalə etdiyini Ceyhun Bayramov bilməsə də, Ovqat.com üzə çıxara bilib. Sözsüz ki, Pərvin Mirzəzadənin ehtiyatsızlığı ucbatından. Səfirin facebook səhifəsində paylaşdığı videodan aydın olur ki, o, toylarda, necə deyərlər, “manıslıq” edir. Özü də harda? Bakının ən “xod gedən” obyektlərindən birində - “Mariot Abşeron Hotel”də
 
Əcəba, bu, ona verilmiş xüsusi tapşırıqdırmı, yoxsa, hərşeyşünaslıq istəklərini basdıra bilməməsininmi təzahürüdür? Bu suala aydınlıq gətirməyi XİN-in sözçüsü çox hörmətli Leyla xanım Abdullayevaya həvalə edib, biz keçirik Pərvin Mirzəzadənin ifasında sənət nümunəsini diqqətinizə çatdırmağa. Baxın, feyzyab olun.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"

Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı açıqlama

Ən çox oxunanalar