Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin xüsusi nümayəndəsi azad edilmiş ərazilərdə bərpa prosesindən danışıb

"Bu gün bu torpaqda bir daş belə ümumi əlaqələndirmə, ümumi elmi yanaşma olmadan yerindən tərpədilib, ayrı yerə qoyula bilməz".

PİA.az xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, amma bunun üçün elmi yanaşmalar lazımdır: “Bu gün qurultayda hamınıza səslənirəm. Elmi yanaşmalar, ən son yeniliklər, texnoloji irəliləyişlər bizə lazımdır. Bu gün Qarabağda, azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq prosesi heç bir dərslikdə yazılmayıb. Bunun xüsusi proqramı, təlimatları yoxdur. Biz bu gün bu proseslərin içərisində olarkən öyrənə-öyrənə gedirik. Bu baxımdan bizim səfərbər olmağımız, sistemli hərəkət etməyimiz vacibdir. Şuşa çox balaca şəhərdir və Qarabağın bərpasının miqyasından danışarkən biz demək olar ki, yer üzündən silinmiş Ağdama, Füzuliyə baxmalıyıq. Bizim yüzlərlə kəndimiz, qəsəbəimiz var ki, viran qalıb, daş-daş üstə qalmayıb. Amma bütün bunlara baxmayaraq, Azərbaycan xalqı qurub-yaradan xalqdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar