Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin təşəbbüsü ilə salınan park niyə bu vəziyyətdədir?

Bir il əvvəl bu mövzuya toxunmuşdum. Ciddi yazışmalarım olmuşdu, Aldığım cavabları da ümumiləşdirib, geniş təhlil hazırlamışdım. Lakin bu günlərdə həmin mövzu ilə əlaqəli əraziləri bir daha gəzib çox narahat oldum. Narahat oldum ona görə ki, paytaxtın mərkəzindəki rəsmilərin yaşıllıq zolağı adlandırğı parklarda son bir ildə yaxşlığa doğru hər hansı dəyişiklik olmayıb. Müvafiq orqanlarda audit aparılsa həmin yerlərdə cari təmir adıyla bəlkə də maliyyə vəsaiti xərclənib. Nə bilmək olar, amma təki elə olmasın. Demək söhbət Vaqif küçəsindəki Koroğlunun heykəli ilə üzbəüz və arxa tərəfindən Dədə Qorqud parkınadək uzanan hissəsindəki, bir də Xan Şuşinski küçəsinin başlanğıcındakı N.Vəzirov küçəsinədək olan hissəsindən gedir.

Beləliklə, Rixard Zorge parkıyla Dədə Qorqud parkları arasında uzanan yaşıl park zolağı həqiqətən sakinlərin önəm verdiyi istirahət zonalarından hesab olunur. Məhz bu yaşıl park zolağının salınmasında Ulu öndər Heydər Əliyevin xüsusi rolu və xidməti olmuşdur. Parkın girişində Rixard Zorgenin möhtəşəm heykəlinin açılışında biz də tələbə ikən iştirak etmişik. 1982-ci ilin may ayında keçirilən təntənəli mərasimdə Azərbaycan KP MK-nın bircini katibi işləyən Heydər Əliyevin alovlu çıxışı indi də yadımdadır.

Sonralar sadaladığım ərazilərdə 2000-2002-ci illərdə Bakı ŞİH tərəfindən cari və 2008-2010-cu illərdə isə Nəsmi RİH tərəfindən əsaslı təmir işləri aparıldı. Bu gün artıq on ilə yaxındır ki, adlarını qeyd etdiyim yaşıllıq zolaqlarında hər hansı təmir işlərinin aparılması hiss edilmir. Prezident İlham Əliyevin sərəncamıyla Koroğlunun heykəlinin inşasıyla əlaqədar ayrılan vəsaitə isə yalnız heykəlin yerləşdiyi kvadrat əsaslı şəkildə və yüksək səviyyədə təmir edildi. Lakin həmin kvadratdan sonra gələn hissədə əraziyə “əl gəzdirilmədi”.

Bu gün həmin qeyd etdiyim ərazilərdə oturacaqlar sınıq salxaq, işıq dirəkləri xeyli hissəsi ya oğurlanıb, ya da sınıq vəziyyətdə, ərazidə quraşdırılan fəvvarə neçə illərdir su üzü görmür, sökülmüş-dağılmış vəziyyətdədir. Yalnız o ərazidə Prezident yolunun üstündə gül çiçəklik salınmışdır.

Bununla yanaşı “Dostluq” kinoteatrının yay zalı özəl mülkiyyət olsa da bu gün o obyektin özü və ətrafının yararsız vəziyyətdə olması, ətrafdan keçən sakinlərdə, hətta qonaqlarda elə də ürəkaçan mənzərə yaratmır. Üstəlik yay zalı ilə üzbəüz olan və hələ ötən əsrin 70-ci illərində unikal mozaika ilə bəzəldimiş fəvvarə kompleksinin indi yararsız və az qala üfunət bürümüş vəziyyətdə olması tək sakinləri deyil, bu ərazidən hər günə işə gedən, nahar fasiləsində isə məhz həmin ərazilərdə piyada gəzməyi xoşlayan Nəsimi RİH əməkdaşlarını da narahat etməlidir.

Düzdür, etiraf edək ki, bu gün Bakıdakı RİH-lərin nə elə bir səlahiyyəti, nə də ki “çörəyi” qalmayıb. Lakin hər üç ərazidə bir il ərzində hər hansı bir yaxşılığı doğru iş görülməyibsə demək elə əsas günah sahibi də Nəsimi RİH-i hesab etmək lazımdır. Yəni icra strukturu olaraq öz inzibati ərazisi olduğundan ən azı məsələ qaldırılmalıydı, problemi ictimailəşdirməliydi. Üstəlik Xan Şuşinski küçəsindəki möhtəşəm yaşıllıq zolağı məhz perzident İlham Əliyevin təşəbbüsü ilə salındığını da unutmamalıyıq. Məgər ora gələn istər Bakı ŞİH, istər Nəsmi RİH rəsmiləri o lövhəni orda görməyiblərmi. Bu cür etinasızlıq olmaz axı.

Yazılanlardan belə qənaətə gəlmək olar:

Birincisi, sadaladığım ərazilərin statusu müəyyən edilməlidır, yəni bilinməlidir ki, bura yaşıllq zolağıdır ya parkdır.

İkincisi, bu ərazilərə cavabdehlik daşıyan orqan müəyən edilməlidir ki, kimsə yaxasını geri çəkmək yox, sinəsini irəli verib ərazilərin bütün məsuliyyət yükünü daşımış olsun. Həm işqılandırma, həm fəvvarələr, həm yaşıllıq və həm də təmzilik işlərini icra edən orqan ya müəyyən edilməli, ya da birləşdirilib bir orqana həvalə edilməlidir. Çünki bizə ünvanlanan cavablarda bu ərazilərin statusunun bilinməməsinin hesabına icra orqanları da məsuliyyəti bir birinin üzərinə atmaq fikri də açıq-aşkar hiss olunurdu. Hər halda Nəsimi RİH rəsmilərinin bu işləri diqqətdən kənarda saxlamamalı, özləri irəli düşüb bu problemin həllinə nail olmalıdırlar.

Üçüncüsü isə parklardan hər birinin adlandırılması məsələsi gündəmə gətirilməlidir. Xan Şuşinski küçəsindəki parkın məhz bu dahinin adına verilməsi  və gələcəkdə elə onun büstünündə  bu ərazidə qoyulması dahi sənətkara gələn il qeyd ediləcək 120 illik yubileyinə böyük hörmət və ehtiram kimi qəbul edilə bilər.

Son olaraq qeyd edim ki, biri Ulu öndərin, digəri isə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihələrə fikrimcə elə Nəsimi rayonun siyasi rəhbərliyi cavabdehlik daşımalı, prosesə nəzarət etməldir.

Düşünürəm ki, bu iradlardan sonra hər kəs nəticə çıxarıb sakinlərin qaldırdırğı bu məsələlərin həllini diqqətdə saxlayacaqdır.

http://belediyye.info/new/details/--5437.htm

http://belediyye.info/new/details/--5425.htm

http://belediyye.info/new/details/--5433.htm

 https://www.youtube.com/watch?v=joXj69wwqDM

Vüqar Tofiqli (belediyye.info)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar