Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin son kadr islahatları - Sadəcə islahat, yoxsa...

Qabil Hüseynli: “Bundan sonra hər iki orqan, yəni Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmət orqanları daha yaxşı çalışacaqlar”

Məhəmməd Əsədullazadə: “Son iki gün ərzində verilən sərəncamlar ölkə də hakimiyyətin gücləndirilməsinə xidmət edir”.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad olunub və o Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Vilayət Eyvazov isə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin Müdafiə Sənayesi naziri təyin olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi isə Əli Nağıyev təyin edillib.

Bu kadr islahatının ümumi mənzərəsi barədə nə demək olar və dünənki kadr islahatlarının ölkənin siyasi-ictimai həyatına hansı təsirləri ola bilər? Bəzilərinə görə bu kadr islahatları və əmək haqqlarının artırılması növbədənkənar parlament seçkilərinə hesablanıb. Yaxın zamanlarda parlament seçkilərinin keçirilməsinin ehtimalı varmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli və Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Qabil Hüseynli: “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən elə bir xüsusi hal görmürəm”.

Prezidentin dünən etdiyi kadr islahatlarını yaxşı addım kimi dəyərləndirən politoloq kadr islahatları və əmək haqqlarının artırılmasının növbədənkənar parlament seçkilərinə hesablandığına inanmır:

“Əvvəla onu qeyd edim ki, dünən edilən kadr islahatları ilə kadr heyyəti cavanlaşdırıldı. Hesab edirəm ki, daha səriştəli adamlar iş başına gətirildi. Bu nöqteyi nəzərdən Prezidentin dünən etdiyi kadr dəyişikliklərini bəyənməliyik.

Düşünürəm ki, bundan sonra hər iki orqan, yəni Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmət orqanları daha yaxşı çalışacaqlar.

Mən o qədər də inanmıram ki, kadr islahatları və əmək haqqlarının artırılması növbədənkənar parlament seçkilərinə hesablanıb. Çünki kadr islahatları və əmək haqqlarının artırılması növbədənkənar parlament seçkilərinə hesablanıb. Bir neçə müddət öncə də növbədənkənar parlament seçkilərinin keçiriləcəyin deyirdilər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən elə bir xüsusi hal görmürəm”.

Məhəmməd Əsədullazadə: “Azərbaycanda növbədənkənar parlament seçkilərinin olması mümkündür”.

Kadr islahatınında yeni şəxslərin vəzifəyə gətirildiyini nəzərə çatdıran politoloq əlavə edib ki, Prezident yerdəyişmə edib. Bu da gücün artırılmasına hesablanıb:

Prezidentin sərəncamı ilə nazirliklərdə yerdəyişmə strukturunun möhkəmləndirilməsinə hesablanıb. Kadr islahatı onda olur ki, yeni şəxslər vəzifəyə gətirilir. Burada isə Prezident yerdəyişmə edib. Bu da gücün artırılmasına hesablanıb.

Minimum əməkhaqqının qaldırılması islahat deyil. Bu sosial bir siyasətdir və təbii prosesdir. Burada maraqlı məqam odur ki, iki məsələ demək olar eyni günlərdə baş verdi. Hesab edirəm ki, burada daxili və xarici amillər var. İqtidar öz hakimiyyətini möhkəmləndirir. Xaricdən mümkün təhlükələri önləyir .

Ölkədə bələdiyyə və parlament seçkiləri yaxınlaşır. Təbii ki, burada xalqın səsini qazanmaq da var. Növbədənkənar parlament seçkilərinin olması mümkündür. Bu variantı istisna etmirəm. Ümumiyyətlə son iki gün ərzində verilən sərəncamlar ölkə də hakimiyyətin gücləndirilməsinə xidmət edir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar