Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı yeni sabah-a müsahibəsində maraqlı fakt açıqlayıb...

AVP sədri bildirib ki, 4-5 il əvvəl ölkə başçısı İlham Əliyevin keçirdiyi müşavirədə icra başçılarından birinin ürəyi gedib. Lakin o, ad çəkməyib.

“Mənin yadıma gəlir ki, 4-5 il əvvəl ölkə başçısı Biznes Mərkəzində keçirdiyi müşavirədə icra başçılarını çox ciddi şəkildə tənqid etmişdi. Eyni zamanda onlara sərt xəbərdarlıq olunmuşdu. O zaman müşavirədə iştirak edənlərdən bəzilərinin söylədiklərindən, mediada gedən xəbərlərdən aydın olurdu ki, hətta həmin müşavirədə icra başçılarından birinin ürəyi gedib”, -deyə Fəzail Ağamalı bidirib.

Yenisabah.az-ın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, söhbət Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdən gedir. Prezident İlham Əliyevin keçirdiyi həmin müşavirə isə 2013-cü ilin fevral ayına təsadüf edir. O zaman mediada gedən xəbərlərə görə, ölkə başçısı müşavirədə İsmayıllının o zamanki icra başçısı Nazim Ələkbərovu, İmişlinin icra başçısı Vilyam Hacıyevi və Elmar Vəliyevi sərt tənqid edib. Bu zaman Elmar Vəliyevin burnundan qan açılıb və o özündən gedib. Hadisə yerinə təcili yardım çağırılıb.

O zaman yayılan məlumatlarda iddia edilirdi ki, ölkə başçısının Elmar Vəliyevlə kəskin danışması keçmiş icra başçısının Gəncədə ciddi narazılıq yaradan əməlləri və mərhum polis generalı Rasim Musayevlə bağlı insident olub.

Rasim Musayev Gəncənin polis rəisi olub. 20 Yanvar facisəsinin anım günü Elmar Vəliyev Gəncənin bir sıra şəxslərinə hücum edib. Bu isə şəhərdə gərginliyə səbəb olub. Rasim Musayev bununla bağlı Elmar Vəliyevlə görüşüb. Lakin tərəflər arasında mübahisə yaranıb və onlar əlbəyaxa olublar. O zaman yayılan məlumatlarda bildirilirdi ki, Rasim Musayev baş zərbəsi ilə Elmar Vəliyevi yerə sərib. Bundan sonra isə işdən çıxması barədə raport yazıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar