Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisi: Hər kəs məhkəmə sistemindəki müsbət dəyişiklikləri görəcək

Ümummilli liderin təşəbbüsü ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları sonrakı dövrlərdə daha da genişləndirilib

Bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad ƏləsgərovAzərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

F.Ələsgərov qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi kimi sahələri əhatə edib.

“Bu islahatlar bu gün də davam etdirilir. 2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalanıb.

Bu fərman son illər ölkədə siyasi, iqtisadi, sosial sahədə həyata keçirilən böyük islahatların məntiqi davamıdır.

Əsas məqsədi məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəməyə inamın artırılması olan fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qanunvericilik, institusional və praktiki tədbirlərin görülməsi nəzərdə tutulub. Əminik ki, bu islahatlar həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaqdır”, - deyə o bildirib. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar