Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"

ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv şəkildə əməkdaşlıq edəcəyinə ümid edirik.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda müzakirəsində çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, ABŞ AzərbaycanErmənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər. O deyib ki, ABŞ-ın post-konflikt dövründə quruculuqla bağlı zəngin təcrübəsi və təşəbbüsləri olub və bu istiqamətdə Cənubi Qafqaza da töhfə verə bilər.

H.Hacıyev ABŞ-ın həm ölkə olaraq təktərəfli şəkildə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq sülh quruculuğu, münaqişədən sonra rekonstruksiya, yenidənqurmada aktiv rol oynaya biləcəyini vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar