Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Prezidentin əsas ismarıcı Rusiya tərəfə idi” - Politoloq

Prezidentin F16 ismarıcı hansı ölkələr idi və həmin ölkələr prezidentin mesajına necə reaksiya verə bilər?..

“Hansı ölkələr Ermənistanla hərbi əməkdaşlıq etmək, Ermənistana hərbi yardım göndərmək istəyirsə, prezident onlara sözünü dedi”.

Bu sözləri politoloq İlqar Vəlizadə prezident İlham Əliyevin dünən xalqa müraciətində bəzi ölkələrə yolladığı mesajları PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev dünən xalqa müraciət etdi. Prezident müraciətində ilk dəfə olaraq bildirdi ki, əgər hər hansı ölkə Azərbaycana qarşı qərəzli münasibətdə olsa, Türkiyənin yerdə olan F-16 qırıcıları göyə qalxacaq.

Ölkə başçısı bildirib ki, əgər Azərbaycana qarşı hansısa aqressiya olarsa, bu təyyarələrdən istifadə ediləcək: “Azərbaycana qarşı aqressiya olacağı təqdirdə, qarşılarında həmin F-16-ları görəcəklər”, deyə prezident vurğulayıb.

Prezidentin bu ismarıcı hansı ölkələr idi və həmin ölkələr prezidentin mesajına necə reaksiya verə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəzlizadə: “Prezidentin mesajı ünvanına çatdı”.

Belə vəziyyətdə Rusiyanın nüfuzunun da müəyyən dərəcədə sual altına düşdüyünü düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Rusiyanın Minsk qrupundakı üzvlüyü də sual altına alına bilər. Çünki Rusiya vasitəçidir və münaqişə tərəflərinə eyni gözlə baxmalıdır:

Prezidentin mesajı müxtəlif ölkələrə idi. Hansı ölkələr Ermənistanla hərbi əməkdaşlıq etmək, Ermənistana hərbi yardım göndərmək istəyirsə, prezident onlara sözünü dedi.

Hamıya məlumdur ki, Ermənistanın pulu və imkanı yoxdur. Buna görə də Ermənistan yalnız kredit vasitəsilə hansısa, hərbi texnika ala bilər. Bu krediti də Rusiyadan başqa heç bir ölkə Ermənistana verən deyil. Buna görə də prezidentin əsas ismarıcı Rusiya tərəfə idi.

İlqar Vəzlizadə: “İndiki vəziyyət gələcək münasibətlərə təsir edəcək. Bunu da Rusiya tərəfi nəzərdən keçirəcək”.

Aydındır ki, belə vəziyyətdə Rusiyanın nüfuzu da müəyyən dərəcədə sual altına düşə bilər. Həmçinin Rusiyanın Minsk qrupundakı üzvlüyü də sual altına alına bilər. Çünki Rusiya vasitəçidir və münaqişə tərəflərinə eyni gözlə baxmalıdır.

Düşünürəm ki, prezidentin mesajı ünvanına çatdı. Həm də prezident bildirdi ki, əməkdaşlığın sonrası da var. Əlbəttə ki, burada gələcək münasibətlərin inkişafı nəzərdə tutulurdu. Çünki indiki vəziyyət gələcək münasibətlərə təsir edəcək. Bunu da Rusiya tərəfi nəzərdən keçirəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Ermənilərdə əsirlikdə olan hərbiçimiz Amin Musayev Azərbaycana qaytarılıb - Video

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

“Ananı azad edib, balanı həbsdə saxlamaq qələbə sevincinə kölgə salır” – İlyas İsmayılov

loading...

Ən çox oxunanalar