Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prezidentin dünən və bu gün verdiyi anonslar...  - Yeravanın göz yaşlarına inanmayacağıq...

Politoloq: “Baş verənlər Ermənistanın zəifləməsinə və bir dövlət kimi çökməsinə aparır”... 

“Hər iki çıxışın məğzi ondan ibarətdir ki, Azərbaycan heç bir halda şərtsiz atəşkəsə maraqlı deyil və bütün təzyiqlərə baxmayaraq ordumuz əraziləri işğaldan azad etməkdə davam edəcək”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə dünən Prezidentin keçirdiyi operativ müşavirədə və bu gün xalqa etdiyi müraciəti PİA.az-a şərh edərkən qeyd edib.

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

Bu gün isə Ali Baş komandan, prezident İlham Əliyev cəbhədəki vəziyyətlə bağlı Azərbaycan xalqına müraciət edib.

PİA.az-ın əməkdaşı prezidentin dünən
Müdafiə Nazirliyində keçirilən operativ müşavirədəki çıxışını və Azərbaycan xalqına müraciətini Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Prezident Azərbaycan ordusu bütün işğal olunmuş ərazilər üzrə əməliyyatları davam etdirəcəyi anonsunu verdi”.

Orduya tez bir vaxtda əməliyyatları uğurla sona çatdırması tapşırığının verildiyini bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, xalqa verilən bu hesabat Prezidentin ərazi bütövlüyü məsələsində prinsipial olduğunu və heç bir təzyiq onu bu yoldan döndərməyəcəyini göstərdi:

“Dövlət başçısı İlham Əliyevin Müdafiə Nazirliyində müşavirəsində qeyd etdikləri müharibədın sonra orduda genis islahatlara gedəcəyinin anobsuidi. Eyni zamandə prezident Ermənistana ciddi mesajlar verdi. Burada əsas tezislər Azərbaycan ordusunun çevik şəkildə ərazilərin işğaldan azad edilməsi üçün rapşırıqlardan, həmçinin ordunun silah daha müasir silahlarla təminatından, Rusiyadan artıq silahların alınmasının azaldılması ilə bağlı mesajlardan ibarət idi. Həmçinin prezudentun verdiyi mesajkardan belə anlaşıldı ki, artıq Azərbaycana qarşı hər-hansı bir təzyiqlərə görə atəskəsə gedilməsi və danışıqların əvvəlki formatda aparılmayacaq.

Ümumiyyətlə prezident dünən və bu gün Azərbaycan ordusunun bütün işğal olunmuş ərazilər üzrə əməliyyatları davam etdirəcəyi anonsunu verdi. Müəyyən təzyiqlərin olduğunu qeyd etməklə prezident ordunun tez bir vaxtda əməliyyatları uğurla sona çatdırması ordu rəhbərliyinə tapşırıq kimi verildi. Hesab edirəm ki, xalqa verilən bu hesabat bir daha göstərdi ki, prezident ərazi bütövlüyü məsələsində prinsipialdı və heç bir təzyiq onu bu yoldan döndərməyəcək.

Ümumiyyətlə hər iki çıxışın məğzi ondan ibarətdir ki, Azərbaycan heç bir halda şərtsiz atəşkəsə maraqlı deyil və bütün təzyiqlərə baxmayaraq ordumuz əraziləri işğaldan azad etməkdə davam edəcək.

Baş verənlər Ermənistanın zəifləməsinə və bir dövlət kimi çökməsinə gətirir. Azərbaycanı durdurmaq yetərli olmayacaq və Azərbaycan ərazi bütövlüyünü təmin edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Müşavirə


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Ermənilərdə əsirlikdə olan hərbiçimiz Amin Musayev Azərbaycana qaytarılıb - Video

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

“Ananı azad edib, balanı həbsdə saxlamaq qələbə sevincinə kölgə salır” – İlyas İsmayılov

loading...

Ən çox oxunanalar