Bazar ertəsi, 18 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Prezident YAP-da ciddi dəyişikliklərə hazırlaşır – İlham Əliyevdən hakim partiya ilə bağlı mühüm açıqlama

Yeni Azərbyacan Partiyasının fəaliyyətində ciddi dəyişiklər planlaşdırılır...

Bu Prezident İlham Əliyevin Baş nazirin müavini Əli Həsənovu qəbul edərkən dediyi sözlərdən məlum olub.

“Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır”-deyə Dövlət başçısı açıqlayıb.

İlham Əliyev deyib ki, partiya işində fəallığa daha böyük ehtiyac var.

Prezident Ə. Həsənovun komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəyini vurğulayıb: “Siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz”.

Prezidentin sözləri ciddi mesajdır. Belə məlum olur ki, hakim partiyada ciddi kadr və fəaliyyət dəyişiklikləri nəzərdə tutulur. Görünür İlham Əliyev YAP-ı dövrün çağırışlarına adekvat bir siyasi qüvvə kimi yeni platforma üzərində yenilənməsinə start vermək istəyir.(azpost)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: YAP dəyişiklik

loading...

Ən çox oxunanalar