Şənbə, 30 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident vətəndaşa qucaq açır, Ağsunun icra başçısı isə...

Məlum olduğu kimi, bu il fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonu əırazisində Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə təxminən 6 bal gücündə baş verən zəlzələ qonşu Şamaxı, Ağsu rayonlarında da bir sıra fəsadlara səbəb oldu

Fevralın 7-də zəlzələ bölgəsinə səfər edən Prezident İlham Əliyev elə həmin gün Şamaxı, İsmayıllıAğsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllıAğsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrıldı. Prezidentlə görüşdə dövlət başçısının əlini öpməyə cəhd edən ahıl Saray nənənin əlini özü öpərək ona ehtiramını bildirən Prezident İlham Əliyev bir daha sadəliyini, səmimiyyətini, xalqına olan münasibətini ortaya qoydu. Sakinlərlə görüş zamanı bəyan etdi ki, təbii fəlakətdən zərər çəkən evlər əsaslı şəkildə təmir olunacaq, tamamilə yararsız olanların yerində isə müasir tələblərə cavab verən yeni ev tikiləcək.

Xatırladaq ki, mart ayının 4-də Prezident İlham Əliyev Ağsu rayonuna da səfər etmiş, bu rayonda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmuşdu. O, Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın və Firdovsi küçəsində Həcər Zamanovanın ailələri üçün inşa edilən yeni evlərdə görülən işlərə baxmış, işçilərlə, ev sakinləri ilə həmsöhbət olmuşdu. Söhbət əsnasında ölkə rəhbəri bəyan etmişdi ki, Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib və dağılmış evlərin yerində yeniləri tikilir. O, bütün dağılmış evlərin qısa müddət ərzində yenidən tikiləcəyini, qəzalı evlərin isə əsaslı şəkildə təmir olunacağını vurğulamışdı: "Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.

Mediatv.az xəbər verir ki Ağsuda 2085 vətəndaşdan daxil olmuş müraciətə baxılıb. Rayon üzrə 266 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Digər rayonlarda olduğu kimi, Ağsuda da qəzalı evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması işləri görülür. Sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilir. Bütün işlərin sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Amma deyəsən, o iki milyon çoxdan xərclənib qurtarıb. Özü də Ağsu rayonunun Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızının evinə çatıncayadək. Rayon Fövqəladə Hallar Komissiyası ona məxsus fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə deyil, bərpa-gücləndirilməsinə deyil, məhz təmirə ehtiyaclı olduğu qənaətinə gəlib.Mediatv.az a müraciət edən Ev sahibi isə bununla razı deyil. Çünki ev təmir olunacaqsa da, yenidən, hətta yüngül yeraltı təkan baş verəcəyi təqdirdə də kəskin qəzalı vəziyyətə düşərək dağılmaq, sakinləri olan ailənin üzvlərinin ölüm təhlükəsi ilə üz-üzə qalmaq ehtimalı qalacaqdır.Hal-hazırda bu evdə yaşayış var. Evin divarları demək olar ki, bir-birindən aralanıb, qapı isə hər gün çökməkdə davam edir.

Prezident özünü xalqın xidmətçisi hesab etdiyi halda, məmurlar öz vəzifələrini ciblərini doldurmaq fürsəti kimi dəyərləndirirlər. Çünki xalqı incitməyin, vətəndaşı dövlətin ayırdığı diqqət və qayğıdan məhrum etməyin əxlaqda yalnız bir motivasiyası ola bilər - Təmənna.

Məsələ ilə əlaqədar podratçı şirkətin rəhbəri Yusif adlı şəxslə əlaqə saxladıq. O dedi ki, tikinti şirkətinin evlərin vəziyyətini müəyyənləşdirmək məsələsinə heç bir aidiyyəti yoxdur, müayinəni fövqəladə hallar komissiyası aparır. Yerli bələdiyyənin sədri (eyni vaxtda kənd orta məktəbinin direktoru) ilə də danışdıq. O da etiraf etdi ki, Bədəlovanın yaşadığı ev təmirlə başa gəlməz, tam yararsız hala düşdüyündən sökülməlidir.

Bədəlovanın cəmi bir ay vaxtı qalıb. Günlər keçdikcə cəhdlərinin səmərə verəcəyinə ümidi bir az da azalır. Odur ki, problemini KİV-də ictimailəşdirməyi qərara alıb.

Mövzuya qayıdacağıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Taksilərə kamera qoyulması qərarına sərnişinlərdən reaksiya - Video

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Valideynlərin nəzərinə: Uşaq oxumaq istəmirsə...

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Qadınların kişilərlə ünsiyyətdə tez-tez buraxdıqları 4 səhv

İctimai yerlərdə “Wi-Fi” təhlükəsi - Video

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - Yenilənib

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə ediblər

Ən çox oxunanalar