Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident tanınmış yazıçıya ev bağışladı - Foto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil bağışlayıb...

PİA.az xəbər verir ki, bu, mənzil şəraitinə və əlavə yaradıcılıq otağına ehtiyacı olan ədib üçün ən böyük töhfədir.

Möhtərəm Prezidentin göstərişi əsasında 122 saylı sərəncamla Əmir Pəhləvana 4 otaqlı mənzilin sənədləri təqdim olunub.

Xatırladaq ki, Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir. Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir. 40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.

Əmir Pəhləvan bildirib ki, dünyada COVİD-19 virusunun yayılması səbəbindən yaşanan gərginlik, narahatlıq və karantin rejimində doğma Azərbaycanımda cənab Prezident İlham Əliyevin mənə bu cür qiymət verməsi gözlənilməz oldu. Azərbaycan xalqının xoş güzəranı namınə keçirilən islahatların uğurla davam etdiyi bir dönəmdə mənə və ailəmə edilən bu diqqət və qayğını yüksək dəyərləndirirəm, çoxsaylı oxucularım və tamaşaçılarım adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına etdiyim xidmətlərin müqabilində verilən bu sərəncam məni yeni həyat sevgisi ilə yeni ruhda, yeni enerjidə yazıb yaratmağıma sövq edir. Bu qiymətsiz hədiyyə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə mütamadi olaraq göstərilən diqqət və qayğının növbəti tərkib hissəsidir. (Modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar