Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident seçkilərinə hazırlıq: Rusiya 200-dən çox yaraqlını məhv etdiyini bildirir

Rusiyanın Müdafiə Nazirliyi Suriyada may ayına təyin edilmiş prezident seçkiləri ərəfəsində seriya terror aktları və silahlı hücumlar törətməyə hazırlaşan qruplaşmaya güclü hava zərbələri endirildiyini bəyan edir.

Məlumata görə, Rusiyanın “Orion” pilotsuz təyyarəsi Palmira rayonunda yaraqlıların maskalanmış bazasını aşkar edib. Bunların İŞİD özəkləri olduğu bildirilir. Su-34 təyyarələri ilə endirilən bomba zərbələri nəticəsində azı 200 yaraqlının öldürüldüyü, çoxsaylı texnikanın sıradan çıxarıldığı açıqlanıb.

Suriyada qarşıduran tərəfləri barışdırmaq üzrə Mərkəzin rəhbər müavini Aleksandr Karpov bildirib ki, hava zərbələri nəticəsində 500 kiloqrama yaxın partlayıcı maddə və üzərində pulemyotlar quraşdırılmış onlarla “pikap” da məhv edilib.

Vətənda müharibəsi girdabına yuvarlanmış, milyonlarla insanın ölkəni tərk etdiyi, yüz minlərlə insanın öldürüldüyü Suriyada Əsəd rejimi prezident seçkilərini mayın üçüncü ongünlüyünə təyin edib. Müxalif qüvvələr bu seçkiləri boykot edir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar