Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Raşid Temrezovla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib...

 

AZƏRTAC xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov deyib:

-Çox sağ olun, hörmətli cənab Prezident. Həqiqətən, mən hətta bu gün iştirak edən ölkələrin sayına diqqət yetirdim: 80 ölkə, 10-dan çox dini təşkilat. Əlbəttə, kifayət qədər ciddi meydandır. Bütün qitələrdən, dünyanın bütün ölkələrindən gəlib iştirak edirlər. Eyni zamanda, bizim əziz Şeyximizi yubiley münasibətilə təbrik etmək üçün səbəbdir. Mən təkcə Sizin dəvətinizlə bu il artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm.

Prezident İlham Əliyev deyib:

-Bəli. Mən çox şadam ki, tez-tez gəlirsiniz. Bu, çox mühümdür, faydalıdır. Çünki həm Rusiya-Azərbaycan münasibətləri, həm də regionlararası əməkdaşlıq çərçivəsində birgə həll etməli olduğumuz xeyli məsələlər var. Keçən ilin sentyabrında Vladimir Vladimiroviçin və mənim iştirakımla regionlararası forum keçirilib. İndi növbəti regionlararası forum bu ay artıq Moskvada olacaq. Belə ki, bu da mühüm meydandır. İkitərəfli planda da RusiyaAzərbaycan münasibətlərində bizdə çox fəal siyasi proses gedir, yüksək səviyyədə - idarələr, nazirliklər səviyyəsində görüşlər keçirilir, yəni, çox fəal qarşılıqlı fəaliyyət var. Əlbəttə, Zati-Müqəddəslərinin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin bizim Sammitdə iştirakı bu tədbirə xüsusi önəm gətirir. Biz çox şadıq ki, Rusiya Federasiyası Sammitdə çox geniş tərkibdə - həm dini seqmentdə, həm Şimali Qafqaz respublikalarından bizim qardaşlarımız müftilər, həm Prezident Administrasiyası, həm də digər nümayəndələrlə təmsil olunub. Yəni, Sammitdə ən böyük nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndə heyətidir. Sammitin özü də, əlbəttə, qlobal miqyaslı hadisədir. O, çox universal xarakter daşıyır və düzü, mən bilmirəm, belə səpkili tədbir daha harada keçirilir, yaxud keçirilirmi. Buna görə də Azərbaycan bu istiqamətdə də özünü ölkələri, dinləri birləşdirə və dialoq üçün yaxşı imkan yarada bilən ölkə kimi nümayiş etdirdi. Fikrimcə, indi bu, ən mühüm məsələdir.

pia.az

 


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar