Cümə axşamı, 20 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezident Quba Olimpiya İdman Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı, birinci xanım və qızları Kompleksin ərazisini gəziblər.

Məlumat verilib ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.

Quba universal kompleksində 200-250 işinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək.

Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və hotellə tanış olublar.

Bildirilib ki, Kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldiləsi üçün proqramların təşkili nəzərdə tutulur.

Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Çünki, şahmat dövlətimizin xüsusi diqqətində olan idman sahələrindəndir.

***

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.

PİA.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gəliblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb, heykəl bərpa olunub - Yenilənib, Foto

Putinin Nazarbayevə çılğın qəzəbi nədən doğub?..

Deputatdan Mehdiyevə zəhər kimi sözlər: "BDU rəhbərliyi onun arvadına və qızına rezidensiya yaradıb"

İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib

Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı

Abdin Fərzəliyev Abşerona icra başçısı təyin edildi - Sərəncam

“Macdonalds”da aşbaz işləyən kasıb gənc cəmi 5 ilə 100 milyard dolları necə topladı...

Sabiq millət vəkilinə cinayət işi açıldı - Baş Prokurorluqdan açıqlama

Vüsalə Əlizadənin verilişinin yayımı dayandırıldı

Ən çox oxunanalar