Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident istefa verdi... - Qırğızıstanda baş verənlər Moskvanın maraqları üçün təhlükə təşkil edə bilər?

Politoloq: “Qırğızıstanda prezidenti Sooronbay Jeenbekovu Rusiyanın müdafiə etməsi haqqında deyilən fikirlər əsassızdır”

“İndi Putin ya Atambayevin özünü, ya da Atambayev kimi desə onu hakimiyyətə gətirəcək”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Qırğızıstan prezidentinin istefasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vəzifəsindən istefa verib.

Prezident istefasını müxalifət lideri Japarovun Baş Nazir təyin olunmasına baxmayaraq etirazların səngiməməsi ilə əsaslandırıb. O, bu qərarı etirazların daha da şiddətlənməməsi üçün verdiyini bildirib.

“Hakimiyyəti əlimdə saxlamıram. Qırğızıstan tarixində qan tökən və öz vətəndaşlarına atəş açan Prezident kimi qalmaq istəmirəm. Buna görə istefa vermək qərarına gəldim. Japarovu və digər siyasətçiləri tərəfdarlarını ölkənin paytaxtından çəkməyə və Bişkek sakinlərinə dinc həyatı qaytarmağa çağırıram”,- deye Jeenbekov qeyd edib.

Hazırda prosseslərin inkişafı Qırğızıstanda Moskvanın maraqları üçün təhlükə təşkil edə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Jeenbekov hakimiyyətə qayıdandan sonra ölkədəki vəziyyəti sabitləşdirməyə cəhd etdi, amma duruş gətirə bilmədi”.

Jeenbekov hakimiyyətə gələndən sonra isə Qırğızıstan Qazaxıstanla münasibətlərini normallaşdırdığını xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hadisələrin bu cür inkişafı Rusiyanı qane etmədi:

“Qırğızıstanda prezidenti Sooronbay Jeenbekovu Rusiyanın müdafiə etməsi haqqında deyilən fikirlər əsassızdır. Əksinə olaraq, Jeenbekov hakimiyyətə qayıdandan sonra Kozak Qırğızıstana gəldi və Rusiyanın sözünü rəsmi Bişkəkə çatdırďı. Bildiyimiz kimi Kozak Rusiyada Administrasiyasının rəhbərinin müavini olsa da, Putinin xüsusi yaxın ətrafında olan adamlardandır. Yəni Kozak Putinin vacib tapşırıqlarını yerinə yetirən 2-3 xüsusi statuslu məmurdan biridir.

Jeenbekov hakimiyyətə qayıdandan sonra ölkədəki vəziyyəti sabitləşdirməyə cəhd etdi, amma duruş gətirə bilmədi. Jeenbekovun duruş gətirməməsi də Kozakın sözünə görə idi. Çünki Jeenbekovun türütdüyü siyasət Rusiyanın Mərkəzi Asiyadakı maraqlarına ziddir.

Mübariz Əhmədoğlu: “Jeenbekovun Qazaxıstan və Özbəkistanla münasibətləri normallaşdırmaq siyasəti Rusiyanın marağına aid deyil”.

Məlumdur ki, Jeenbekov hakimiyyəti Atambayevdən təhvil aldı. Jeenbekov söz vermişdi ki, Atambayevin siyasətini davam etdirəcək. Qeyd edim ki, Atambayevin dövründə Qırğızıstan Qazaxıstanla az qala müharibə vəziyyətində idi. Yəni Atambayevin dövründə Qırğızıstanda Qazaxıstanla vəziyyəti 3 dəfə müharibə həddinə gətirdi ki, KTMT Özbəkistana hücum etsin. Buna da Putin mane oldu.

Jeenbekov hakimiyyətə gələndən sonra isə Qırğızıstan Qazaxıstan münasibətləri normallaşdı. Bu da Rusiyanı qane etmədi. Jeenbekovun Qazaxıstan və Özbəkistanla münasibətləri normallaşdırmaq siyasəti Rusiyanın marağında da deyil. Bunu görə də Putin Jeenbekovu devirdi. İndi Putin ya Atambayevin özünü, ya da Atambayev kimi desə onu hakimiyyətə gətirəcək. Gətirilən prezident də lazım olanda Qazaxıstanın, lazım olanda isə Özbəkistanın üstünə qışqıracaq. Bu isə Orta Asiyada Putinin arbitr missiyasını bərpa edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar