Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsini təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanununu təsdiqləyib

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 451,4 min manat məbləğində təsdiq edilib.

İşsizlikdən sığorta fondunun gələn il üzrə gəlirlərinin 83 421,4 min manatı işsizlikdən sığorta haqları, qalan hissəsi sair gəlirlər hesabına formalaşacaq.

İşsizlikdən sığorta üzrə sığorta haqlarının 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlar, 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, 57 300,0 min manatı qeyri-büdcə sektoru üzrə nəzərdə tutulub.

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin 11 mln. manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,8 mln. manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 1,3 mln. manatı peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə, 150 000 manatı əmək yarmarkalarının, əmək birjalarının təşkilinə, 1,9 mln. manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 42 041,4 min manatı özünəməşğuılluq tədbirlərinin təşkilinə, 5 mln. manatı Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə, 1 mln. manatı peşə standarlarının hazırlanmasına, 19,260 mln. manatı Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərclərinə yönəldiləcək.

Qanuna əsasən ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Qeyd edək ki, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar