Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Prezident İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri ilə görüşü olub

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü olub...

PİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulub.

Bildirilib ki, yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda keçirilən iclasda bu layihənin önəmi qeyd edilib və onun yeni əməkdaşlıq formatının yaradılmasında xüsusi rolu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar