İlham Əliyev Həlimə Yaquba təbrik ünvanlayıb
Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik ünvanlayıb.
APA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli xanım Prezident,
Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
Pia.az