Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib - Yenilənib

Prezident Rusiya nümayəndə heyətini qəbul edib...

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Sizi yenidən görməyimə şadam.

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib:

- Buraya gələndə elə bil, öz evimizə gəlirik.

Prezident İlham Əliyev: Düzdür, belə də olmalıdır. Buyurun, əyləşin. Mən sizi görməyimə çox şadam. Siz bizə çox əlamətdar vaxtda gəlmisiniz. Mənim də Rusiyaya səfərim yenicə başa çatıb. Tezliklə də MDB sammiti başlayacaq.

Leonid Kalaşnikov: İlham Heydər oğlu, Sizin səfəriniz Rusiyada çox böyük effekt doğurdu. Sizə açığını deyim ki, çox səmimi görüş oldu. Bütün bunlar göstərildi.

Prezident İlham Əliyev: Heç kəs üçün sirr deyil ki, mənim Vladimir Vladimiroviçlə əslində qarşılıqlı hörmətə, qarşılıqlı anlaşmaya və əməkdaşlığı dərinləşdirmək cəhdlərinə əsaslanan, mötəbər, mən deyərdim ki, dost münasibətlərimiz mövcuddur. Əlbəttə, “Valday” forumuna dəvət olunmaq mənim üçün böyük şərəfdir. Forum özü də əhəmiyyətlidir, kimin dəvət etməsi də mühümdür. Vladimir Vladimiroviç məni hələ apreldə, bizim Pekində görüşümüz vaxtı dəvət etmişdi. Onda biz çox konstruktiv danışıqlar apardıq və indi Soçidə biz bir növ bu danışıqlarımıza yekun vururduq. Nə barədə razılaşırıqsa hamısı yerinə yetirilir. Əlbəttə, Prezidentlə görüş çox məzmunlu, səmimi keçdi. Mən buna çox şadam.

Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izlənildiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb. O, bu səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illiyinin qeyd olunacağını bildirib və bu Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

Qonaq həmçinin Azərbaycanda dövlət səviyyəsində rus dilinə olan qayğının nümunəvi xarakter daşıdığını qeyd edib. Azərbaycanda 350-dən artıq orta məktəbdə tədrisin rus dilində aparıldığını və ali təhsil müəssisələrində rus bölmələrinin fəaliyyət göstərdiyini məmnunluqla vurğulayıb.

Leonid Kalaşnikov həmçinin Azərbaycanın və Rusiyanın parlamentləri arasında çox sıx əlaqələrin olduğunu qeyd edib və Rusiyanın Avropa Şurasının Parlament Assambleyasında üzvlüyünün bərpasında Azərbaycan nümayəndə heyətinin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə RusiyaAzərbaycan arasında elm, təhsil və digər humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

pia.az


Etiket: İlham Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar