Bazar, 05 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prezident İlham Əliyev Paşinyanı məsxərəyə qoydu - Video

Prezident İlham Əliyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı maraqlı təklif irəli sürüb...

PİA.az xəbər verir ki, dövlət başçısı erməni xalqının ikinci dəfə öz müqəddəratını başqa torpaqlarda təyin etməsini məsləhət görüb:

Prezident İlham Əliyev: Konstruktiv, bəli. Öz müqəddəratı haqqında danışacağam. Yalnız bu haqda. Yerevanda əhalinin XIX əsrin əvvəlində 70 faizinin azərbaycanlı olması faktını bir yana qoyuram. Bunu bir yana qoyuram...

Moderator: Bu, konstruktiv deyil.

Prezident İlham Əliyev: Bunun haqqında danışmayacağam. Öz müqəddəratına gəldikdə, onlar hər zaman bu haqda danışırlar.

Moderator: 30 saniyə.

Prezident İlham Əliyev: Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!

Moderator: 30 saniyə

Nikol Paşinyan: Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər.

Prezident ironiya ilə Paşinyana "Ermənilər və ermənilər" deyərək onu lağa qoyub. (Baku.ws)


pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlanıb - Video

Polis tanınmış jurnalisti cərimələdi – Maska və əlcəyə görə

İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunacaq - Rəsmi

Böhrandan ən çox zərər görəcək ölkələr... – BVF Azərbaycanı hansı qrupa aid edib?

Vüqar Səfərli işdən çıxarıldı - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - Dosye

Sabiq deputat Hadı Rəcəblinin kölgədə qalan daha 5 şirkəti üzə çıxdı - Foto

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

loading...

Ən çox oxunanalar