Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prezident İlham Əliyev: “Ermənistan qəbuledilməz tələblər irəli sürür"

ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində bildirib.

Ermənistanın danışıqlar prosesini bilərəkdən pozduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib.

Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük”

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu məhv edildi – Video

Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb - Yenilənib

Rusiyalı ekspert: "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər"

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

Azərbaycanın şəhər və rayonlarına atəş açan düşmən məhv edilib - Video

loading...

Ən çox oxunanalar