Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: "Hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik"

“Bizim siyasətimiz həm müharibə dövründə, həm müharibədən sonra birmənalıdır. Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür. Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu”.

PİA.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq: “Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik. Biz təkcə işğal edilmiş ərazilərdə deyil, həm də Ermənistan ərazilərində vəziyyəti izləyirdik. Biz bütün yerdəyişdirmələri, o cümlədən uzaqmənzilli raketlərin də irəli çıxarılmasını görürdük, bu gün isə daha artıq dərəcədə görürük. Buna görə də mən erməni rəhbərliyinin hiyləgərlik etməsini, bizi aldatmağa çalışmasını məsləhət görmürəm. Bu, sadəcə, artıq mümkün deyil. Əgər Ermənistan tərəfindən bu cür yanaşma olarsa, o halda biz əlaqələrin bundan sonra möhkəmlənməsi planında münasibətləri quracağıq. Əlbəttə ki, əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir. Tərəflərdən biri digərinə qalib gəlirsə, tərəflərdən biri kapitulyasiya haqqında akt imzalayırsa, sülh sazişlərində daha nə lazımdır? Lakin 10 noyabrda imzalanan sənəd de-fakto elə Ermənistanın tam kapitulyasiyası barədə aktdır. Buna görə də, əlbəttə, biz bu yolla getməyə hazırıq”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar