Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “Ermənistanın dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında insident yaşanmayıb”

“Bir şeyi qeyd etmək istəyirəm ki, Şərqi Zəngəzurda, Qubadlıda, Zəngilanda sərhədyanı ərazilərdə - hansı ki, işğaldan azad olunub – orda Ermənistan qoşunları yoxdur və orada sülhdür. Orada bir dənə də insident yaşanmayıb. Yəni ki, Ermənistanın dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında bir dənə insident yaşanmayıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, biz dövlətlərarası sərhədi keçmirik: “Bəzi kəndlər hansı ki, onların bəzi hissəsi Azərbaycan ərazisində yerləşir, orada insident yaşanmır. Çünki orada Ermənistan Ordusu yoxdur. Orada sərhəd qoşunları yox idi. Belə alınır ki, Ermənistan Sərhəd Qoşunları mövcud deyil. Nəzərə alsaq ki, Ermənistanın Türkiyə, İranla sərhədi Rusiya Sərhəd Qoşunları tərəfindən mühafizə olunur, biz o ərazilərdə Ermənistanın dinc əhalisinə qarşı heç bir addım atmırıq. Əksinə, bəzi Ermənistan şəhərlərini birləşdirən yol Azərbaycan ərazisindən keçir və onlar bu yoldan yararlana bilirlər. Ondan artığını deyim. Biz həmin yolda “Azərbaycana xoş gəlmişsiniz” yazılı bir lövhə quraşdırmışıq. Mən anlayıram ki, bu, Ermənistanda qıcıq yarada bilir. Ancaq biz onu başqa niyyətlə yerləşdirmişik. Biz istəyirdik ki, onlar Azərbaycana gəlmək istəyirlərsə, onları xoş qarşılayaq. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə problemsiz gələ bilərlər. Təbii ki, biz dayanıqlı sülh istəyiriksə, biz əlavə heç bir nailiyyətlər istəmirik. Biz istəyirik ki, bizə məxsus olan bizə qaytarılsın. Biz göstəririk ki, bizim sözlərimiz və addımlarımız eynidir, bir-birinə uyğundur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar