Şənbə, 18 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Prezident Dövlət Komissiyasının tərkibində dəyişiklik edib

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komissiyasının tərkibi dəyişib

PİA.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncamda bildirilib.

Sərəncamla “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1188; 2016, № 8, maddə 1384; 2018, № 6, maddə 1297) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru”.

Dövlət Komissiyasına tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sərəncam


loading...

Ən çox oxunanalar