Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Cavab atəşinin açılması ilə bağlı qərar verildi və biz bununla qaçılmaz olan müharibəyə girdik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə bu məlumatla başladı:

“Hadisələr çox sürətlə inkişaf etməyə başladı. Hərbi fəaliyyətlərin birinci günündə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağın Ağdərə istiqamətindəki vacib strateji yüksəklikləri, eləcə də Füzuli rayonun dörd, Cəbrayıl rayonunun iki kəndini azad etdi.

Biz həmçinin həmin gün düşmənin birinci müdafiə xəttini yarmağa nail olduq və bundan sonra 44 gün ərzində ancaq irəli getdik”.

Dövlət başçısı bildirib ki, müharibə vəziyyətində olan – bu münaqişə dondurulmuş olsa belə - ölkədə hərbi əməliyyatların aparılması planı, əlbəttə ki, çoxdan hazırlanırdı:

“Əlbəttə ki, Azərbaycanın yeni imkanları, yeni reallıqlar, o cümlədən texnoloji yeniliklər nəzərə alınaraq, həmin planda periodik olaraq dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər şəxsən mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir.

Mən bilirəm ki, erməni tərəfinin müharibə başlanacağı təqdirdə öz hərəkət planları vardı. Demək olar ki, Ermənistan onun reallaşdırılmasına 2020-ci il sentyabrın 27-də başladı.

Beləliklə, müharibə zamanı hərəkətlərimizin əsası, əlbəttə ki, bu tarixdən xeyli əvvəl hazırlanmışdır, lakin hərbi əməliyyatlar boyunca dəyişikliklər etdik.

Bu, onunla əlaqəli idi ki, birincisi, illər ərzində hətta əhəmiyyətsiz informasiyanın sızıntısının qarşısını almaq belə mümkün deyildi. Biz belə qənaətə gəldik ki, düşmən bizim niyyətimizdən xəbərdardır. Hərbi əməliyyatlar zonası kifayət qədər dar idi və istənilən hərbi mütəxəssis əməliyyatların əsasən harada keçiriləcəyini müəyyən edə bilərdi. Buna görə biz demək olar ki, hər gün hərbi fəaliyyət planında dəyişikliklər edirdik”.

İlham Əliyev bildirib ki, hər gün o, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə iclaslar keçirirdi:

“Bu iclaslarda biz ötən günün nəticəsini hazırlayır, çatışmazlıqları göstərir, eləcə də növbəti gün üçün planı hazırlayır və təsdiqləyirdik. Buna görə də sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu.

Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi. “Dəmir yumruq” ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Mən bir neçə dəfə demişəm ki, əgər düşmən işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın “Dəmir yumruq” adlandırılması qərarına gəldim. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar